Obyektlərin ölçülərinin dəyişdirilməsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Obyektlərin ölçülərinin dəyişdirilməsi
Obyektlərin ölçülərini necə dəyişmək olar?
- Yeni bir obyekt yaradılır və əvvəldən yaradılmış obyekt seçildikdə markerlərlə əhatələnir.
- Siçanın göstəricisini həmin obyektin kənarlarını göstərən düyün nöqtələri üzərində saxladıqda görkəmini alır.
Siçanın sol düyməsini sıxılı saxlamaqla lazım olan istiqamətdə hərəkət etdirdikdə, obyektin ölçüləri lazım olan qədər dəyişir. Növbəti şəkildəki qaradan fərqli rəngli xətlər ölçü dəyişikliyi nəticəsində yaranır.
Obyektin ölçülərini üfüqi və ya şaquli olaraq dəyişmək lazım olduqda həmin tərəflərdən dartmaq lazımdır. Bu əməliyyat zamanı xüsusiyyətlər panelindəki sahəsinə diqqət yetirdikdə obyektin bütün ölçülərinin orada öz əksini tapdığını görmək olur.Həmin sahəni sağ tərəfində yerləşən və faiz işarəsilə göstərilənlər isə son və ilkin ölçü arasındakı faiz nisbətini göstərir.
Beləliklə biz Obyektlərin ölçülərinin dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda qeyd etmək istəyirəm ki, elektron dərslik müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır