Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Obyektlərin fırladılması

Obyektlərin fırladılması

Paylaşmaq!

Obyektlərin fırladılması bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Obyektlərin fırladılması

Obyektlərin fırladılması

Obyektləri müəyyən bucaq altında üfüqi və şaquli formada əymək üçün nə edirlər?

Obyektləri saat əqrəbi və əksi istiqamətində, həmçinin Arrange – Transformation (Упорядочить – Преобразование), Dockers (Окно настройки) panelində Transformation (Преобразование) bölməsindən müəyyən bucaq altında üfüqişaquli formada əymək də mümkündür. Bunun üçün aşağıdakı ardıcıllığa riayət edilməlidir:

  • İstənilən obyekt qeyd edilir;
  • sahəsinə müəyyən bucaq ölçüsü yazılır. Enter düyməsini sıxdıqdan sonra obyekt həmin bucaq qədər əyilmiş olacaq.
Obyektlərin fırladılması

Siçan vasitəsilə obyektləri müəyyən bucaq altında necə fırlatmaq olar?

Obyekt üzərində siçanın sol düyməsini sıxsaq, həmin obyekt qara rəngli kvadratlar olan seçim konturu ilə əhatələnmiş olacaq. Bundan sonra Pick Tool (Инструмент выбора) alətini seçib həmin obyekti bir daha seçdikdə göstərici ikitərəfli ox formasında olacaq.Obyektlərin fırladılmasıHəmin oxlar vasitəsilə obyekti müəyyən bucaq altında fırlatmaq da mümkündür.

Menyu vasitəsilə obyektləri müəyyən bucaq altında necə fırlatmaq olar?

Obyektləri fırlatmaq üçün Arrange – Transformation – Rotate (Упорядочить – Трансформация – Повернуть) əmri də istifadə edilə bilir. Bu zaman Angle (Угол) hissəsində bucağın lazım olan ölçüsü yazılır.Obyektlərin fırladılması

Beləliklə biz Obyektlərin fırladılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …