Ana səhifə / Dizayn Modulu-2-3 kurs / Obyektlərin birləşdirilməsi

Obyektlərin birləşdirilməsi

Paylaşmaq!

Obyektlərin birləşdirilməsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Obyektlərin birləşdirilməsi

Obyektlərin birləşdirilməsi

Obyektlərin birləşdirilməsi nədir?

Obyektlərin birləşdirilməsi onların bir yeni obyekt formasına gətirilməsidir. Bu əməliyyat xüsusiyyətlər panelindənObyektlərin birləşdirilməsiСоmbinе (Объединить), Ctrl+L cütlüyü və ya Arrange – Соmbine (Упорядочитъ – Объединить) ilə aparılır.

Obyektlərin birləşdirilməsinin onların qruplaşdırılmadan fərqi nədir?

Obyektlərin birləşdirilməsinin onların qruplaşdırılmasından fərqi odur ki, obyekt üzərində aparılan əməliyyatlar obyekt qrupuna aid edilə bilməz. Nəticədə alınan yeni obyekt üzərində bütün əməliyyatlar aparıla bilir. Müxtəlif rəngli obyektləri birləşdirərkən son olaraq seçilən obyektin rəngi əsas götürülür.

Əksər hallarda obyektlərin daxilində açıq (boş) yerlərin olması lazım olur. Bunun üçün lazım olan obyektləri qeyd etdikdən sonraObyektlərin birləşdirilməsiСombine (Объединить) simgəsindən istifadə edilir. Obyektlər bir-biriləri ilə üst-üstə düşərsə, onların kəsişmə hissəsi şəffaf olur.

Beləliklə biz Obyektlərin birləşdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим)

Snap to Guidelines (Привязка к направляющим) bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. …