Obyektlərə kölgə effektinin verilməsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Obyektlərə kölgə effektinin verilməsi
Obyektlərə kölgə effektinin verilməsi necə aparılır?
Bunun üçün ilk olaraq sadə formalı obyektlər çəkmək olar. Bu dəfə adi kürə çəkək. Ctrl sıxılı olduqda əsl kürə formasını çəkmək olar. Kürənin içini aşağıdakı kimi rəngləyək. Çərçivəni isə rəngsiz edək.
Sonra isə onun nüsxəsini çıxarırıq.Növbəti addımda isə Drop shadow (Тень) aləti vasitəsilə çəkilmiş kürələrin birinə kölgə verilir.Sonra isə kölgə verilən kürəni digərinin üstünə yerləşdirilir. Növbəti addımda hər iki obyekt qruplaşdırılır. Beləliklə də, bu nümunədən aydın olur ki, istənilən obyektə kölgəni çox sadə formada vermək olar.
Beləliklə biz Obyektlərə kölgə effektinin verilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır