Obyektin surətinin çıxarılması və ləğv edilməsi bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Obyektin surətinin çıxarılması və ləğv edilməsi
Corel Draw vektor qrafik redaktorunda obyektlərin surətinin çıxarılması üçün hansı əməliyyat icra olunmalıdır?
Obyektin surətini alaraq yerini dəyişdirmək lazım gələrsə, əvvəlcə obyekti qeyd edin və klaviatura üzərindəki rəqəmlər blokundakı + düyməsini sıxın. Mouse-un sol düyməsini sıxıb saxlayaraq obyektin dəqiq alınmış surətini isdədiyiniz yerə sürüyün. Surəti çıxarılmış obyektin yerinin dəyişdirilməsi, qeyd etdiyimiz kimi klaviatura üzərindəki ox düymələrinin köməyi liə də yerinə yetirilə bilər.
Obyektin surətinin çıxarılması üçün hansı menyu komandası seçilir?
CorelDraw X6 proqramında obyektlərin surətini Edit – Duplicate (Правка – Дублировать) və Edit – Clone (Правка – Клонирование) ilə çıxarmaq olur.
Corel Draw vektor qrafik redaktorunda yaradılmış obyekti necə ləğv etmək olar?
CorelDRAW vektor qrafik redaktorunda yaradılmış obyektləri ləğv etmək üçün Microsoft Word mətn redaktorunda olduğu kimi onları seçib [Delete] düyməsini sıxmaq kifayətdir.
Beləliklə biz Obyektin surətinin çıxarılması və ləğv edilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır