CorelDraw proqramında mətnlərlə işləmək bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
CorelDraw proqramında mətnlərlə işləmək
Bildiyimiz kimi CorelDraw proqramında fiqurlu və sadə mətnin daxil edilməsi bir-birindən müəyyən qədər fərqlənir.
Abzası ancaq sadə mətn rejimində yaratmaq olar.
Fiqurlu mətni daxil etmək hansı ardıcıllıq gözlənilməlidir?
- Alətlər panelindəki Text (Текст) aləti düyməsi üzərində siçanın göstəricisi ilə bir dəfə vurulur. Daha sonra isə kursoru lazım olan mövqedə saxlayaraq mətn daxil edilir.
- Bu zaman siçanın göstəricisi öz formasını dəyişir.
- Siçanın sol düyməsini ekrandakı vərəqin boş sahəsinə sıxarkən mətnin daxil olunacağı yeri göstərən kursor ekranda öz əksini tapır.
- Növbəti sətrə keçmək üçün sadəcə olaraq Enter düyməsindən istifadə edilir.
Fiqurlu mətn üzərində hansı əməliyyatlar aparmaq olar?
Məlumdur ki fiqurlu mətni redaktə və format etmək mümkündür. Fiqurlu mətni adi obeykt kimi bütünlüklə istənilən rəng və ya qradiyentlə doldurmaq, həmçinin istənilən istiqamətə yönəltmək, hər hansı obyektin kənarına da yerləşdirmək mümkündür.
CorelDraw proqramında sadə mətnlər necə daxil edilir?
Sadə mətni daxil etmək üçün isə onun yerləşəcəyi çərçivəni yaratmaq lazımdır. Daha sonra isə onu Pick Tool (Выбор) ilə istənilən yerə çəkmək olar.
Alətlər panelindən Text Tool (Текст) simgəsi sıxılır. Siçanın göstəricisini mətnin yerləşəcəyi sahənin yuxarı sol hissəsində yerləşdirmək lazımdır. Siçanın sol düyməsini sıxılı saxlamaqla onu hərəkət etdirdikcə ekranda qırıq xətlər görünəcək. Əgər mətn bütünlüklə ekrandakı çərçivəyə yerləşmirsə, bu zaman Pick Tool (Выбор) ilə onun ölçüsünü dəyişmək olur.
Çərçivənin ölçüsünü dəyişərkən şriftin ölçüsünün ona uyğun olaraq dəyişməsi üçün Alt sıxılı olmalıdır. Buna misal olaraq aşağıdakı nümunəni göstərmək olar. Şəklə diqqət yetirdikdə, mətnin ölçüsünün çərçivəyə uyğun olaraq artdığını da müşahidə etmək olar.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır