Corel Draw X6 proqramında obyektin seçilməsi bugünkü, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Corel Draw X6 proqramında obyektin seçilməsi
- 1.1 Corel Draw proqramında seçilmiş obyekt necə görsənir ?
- 1.2 Corel Draw proqramında obyekti hansı alətin köməyi ilə seçmək olar?
- 1.3 Obyektin üzərində ikiistiqamətli ox işarələri əmələ gəlməsi nəyi göstərir ?
- 1.4 Seçilmiş obyekti ləğv etmək tələb olunursa, o zaman nə etməliyik ?
- 1.5 Bir neçə obyektin seçilməsi üçün hansı əməliyyat icra olunur ?
Corel Draw X6 proqramında obyektin seçilməsi
Corel Draw proqramında seçilmiş obyekt necə görsənir ?
Obyektlərin yaradılması zamanı onun ətrafında qara rəngli düzbucaqlıların əmələ gəlməsi barədə qeyd etmişdik, yəni obyekt seçildikdən sonra onun redaktəsinə başlamaq olar. Bəzən bir neçə obyektin birlikdə (və ya ayrı-ayrılıqda) seçilib redaktəsi tələb olunur.
Corel Draw proqramında obyekti hansı alətin köməyi ilə seçmək olar?
Obyekti seçmək üçün Toolbox (Панель набора инструментов — Alətlər Çubuğu) üzərindəki Pick (Указатель — Göstərici) alətini seçin. (+) işarəsini almış siçanın oxunu obyekt üzərinə gətirib sol düyməni bir dəfə sıxmaqla obyekti seçmək olar. Seçilmiş obyektin ətrafında qara rəngli düzbucaqlı düymələr əmələ gələcəkdir.
Obyektin üzərində ikiistiqamətli ox işarələri əmələ gəlməsi nəyi göstərir ?
Obyektin üzərində siçanın sol düyməsini təkrar sıxdıqda obyektin ətrafında ikiistiqamətli ox işarələri əmələ gəlir ki, onların da vasitəsilə seçilmiş obyekti istənilən istiqamətdə fırlatmaq olur .
Seçilmiş obyekti ləğv etmək tələb olunursa, o zaman nə etməliyik ?
Seçməni ləğv etmək üçün siçanın oxunu masa üstünün istənilən yerində sıxmaq lazımdır. Əgər seçilmiş obyekti ləğv etmək tələb olunursa, onda [Delete] düyməsinin sıxılması kifayətdir.
Bir neçə obyektin seçilməsi üçün hansı əməliyyat icra olunur ?
Obyektlərlə işləyərkən obyektlər dəstinin seçilməsi lazım gəlir. Bunun üçün obyektin birini seçdikdən sonra [Shift] düyməsini sıxın. Bu zaman digər obyektlər də seçiləcəkdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır