Bugünkü, elektron dərsimizin əsas mövzusu Qrafik faylın həcminin hesablanması qaydası olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Qrafik faylın həcminin hesablanması qaydası
Qrafik faylın həcmini tapmaq üçün nə edirlər?
Qrafik faylın həcmini tapmaq üçün onun uzunluğunda və enində olan piksellərin sayını (uyğun olaraq, a və b) və rəngin dərinliyini (n) bilmək lazımdır. Onda qrafik faylın həcmi (V) aşağıdakı düsturla hesablanacaq:
V = a · b · n
Nümunə
256 × 256 piksel ölçüsü olan rastr görüntüdə 512 rəngdən istifadə olunub. Görüntü kompüterin yaddaşında nə qədər yer tutacaq?
Hәlli.
Öncə görüntünü təşkil edən piksellərin ümumi sayını tapaq. Bu zaman 2-nin qüvvətlərindən istifadə etməklə hesablamaları asanlaşdırmaq olar:
a · b = 256 · 256 = 28 · 28 = 216.
Palitra 512 rəngdən ibarət olduğundan həmin ədədi 2-nin qüvvəti şəklində göstərməklə rəng dərinliyini tapaq:
512 = 2n ⇨ 29 = 2n ⇨ n = 9.
Yəni görüntünün kodlaşdırılması zamanı 9 bitdən istifadə olunur. Beləliklə, rastr görüntünün həcmi
V = 216 · 9 bit = 72 KB olacaq.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır