Konstruktor qrafikası haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Obrazların tanınması sistemi
Obrazların tanınması (pattern recognition) nədir?
Obyektlərin kompüterin köməyi ilə tanınması məqsədilə, adətən, görüntülərin, yaxud səslərin kompüter modellərinin yaradılması, onların rəqəmsal formada yazılması və mövcud örnəklərlə tutuşdurulması nəzərdə tutulur. Bu məqsədlə optik qurğulardan, məsələn, skanerlərdən və robototexnika videosistemləri, süni intellekt sistemləri və başqa qurğulardan istifadə olunur.
Obrazların tanınması sistemindən harada istifadə olunur?
Bu gün kompüterlər vasitəsilə obrazların tanınmasına çox yerdə rast gəlmək olar: axtarışda olan cinayətkarın tanınması sistemləri; aero və kosmik fotoşəkillərin analizi; çeşidləmə sistemləri və s. Mətnlərin skanerdən keçirilməsi və onların “şəklinin” ayrı-ayrı simvollar yığınına çevrilməsi obrazların tanınmasına ən gözəl örnək ola bilər.
Beləliklə biz Obrazların tanınması sistemi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır