Bugünkü, elektron dərsimizin əsas mövzusu Rəng çaları, dolğunluq və parlaqlıq olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Rəng çaları, dolğunluq və parlaqlıq
RGB və CMYK rəng modelləri aparat təminatı ilə bağlı məhdudiyyətə (kompüter monitorlarına və mətbəədə istifadə edilən rənglərə) əsaslanır. Rəngin şərh edilməsi üçün daha intuitiv üsul onun Hue (Rəng tonu-Çalar), Saturation (Dolğunluq-Doyma) və Britness (Parlaqlıq) formasında verilməsidir.
Dolğunluq nədir?
Dolğunluq (Saturation) rəngin «təmizliyini» göstərir. Dolğunluq azaldılanda rəngə boz rəng «qarışdırılmış» olur.
Parlaqlıq nədir?
Parlaqlıq (Britness) verilmiş rəngə qarışdırılan qara rəngin miqdarından asılıdır. Rəngin tərkibində qara rəng azaldıqca onun parlaqlığı artır.
Təsvir kompüterin monitorunda necə əks olunur?
Təsvir kompüterin monitorunda əks olunmaq üçün HSB modelindən RGB modelinə, printerdə çap edilmək üçün isə CMYK modelinə çevrilir. H, S və B sahələrinə uyğun qiymətlər daxil etməklə (0-255 diapazonunda) ixtiyari rəng yaratmaq olar.
Adobe Photoshop proqramında da rəngin dolğunluğunun və parlaqlığının dəyişdirilməsi rəng sahəsi daxilində markerin (nişanın) yerinin dəyişdirilməsi ilə yerinə yetirilir. Paint qrafik redaktorunda rəng sahəsi rəng çalarını və dolğunluğu Məsələn, qırmızı rəngi artırmaq üçün sarı və al-qırmızı rənglərin faizini artırmaq lazımdır. Göy rəng yaratmaq üçün al-qırmızı və mavi rənglər əlavə etmək lazımdır. Rəng yaratmaq üçün üçölçülü koordinat sistemindən də istifadə etmək olar. Koordinat oxları mavi, al-qırmızı və sarı rəngləri tənzimləyir. Parlaqlıq tənzimləyicisi çalarda qara rəngin miqdarını müəyyən etməyə imkan verir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır