Corel Draw pəncərəsinin elementləri bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Corel Draw X6 proqramında yeni sənədin yaradılması
Corel Draw X6 proqramında hansı üsullarla yeni sənəd yaratmaq olar ?
Üsul 1
Welcome (Приветствие) dialoq pəncərəsi bir neçə əlavədən ibarətdir, bu əlavələrin də qısa yolu pəncərənin sağ tərəfində yerləşib. Susma halına görə Quick Start (Быстрый запуск) əlavəsi aktiv olur. Buradan da New Blank Document (Создать пустой документ) və ya New From Template (Создать из шаблона) ilə yeni boş və ya şablon əsasında fayl yaratmaq mümkündür.
Quick Start (Быстрый запуск) əlavəsinin köməyi ilə yeni sənəd yaratmaq.
Üsul 2.
New Blank Document (Создать новый документ) simgəsini sıxmaq lazımdır. Bu zaman belə bir görüntü alınacaq.
Üsul 3
Klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə N hərfini vurmaql aşağıdakı pəncərə yaranacaq. Təsdiq üçün OK düyməsi sıxılır.
Beləliklə biz Corel Draw X6 proqramında yeni sənədin yaradılması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır