Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi bu gün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi
Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi üçün hansı ardıcıllıq gözlənilməlidir?
Hər bir qrafik proqramda olduğu kimi CorelDraw X6 proqramında da istənilən əməliyyat sona çatdıqda onu bir fayl kimi yaddaşda saxlamaq lazımdır. Bunun üçün isə standart alətlər panelində Save düyməsi vurulmalıdır.
Menyu vasitəsilə Corel Draw sənədinin yaddaşda saxlanılması
Bunun üçün File (Файл) menyusuna daxil oluruq. Sаvе (Сохранить) əmri seçilir. Qarşıya çıxan pəncərədə faylın yadda saxlanılacaq yeri təyin olunur. Fayla ad verilir. Sonra isə pəncərədə Sаvе (Сохранить) düyməsi sıxılır.
Klaviatura ilə Corel Draw sənədinin yaddaşda saxlanılması
Bunun üçün mövcud sənəd üzərində klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə S hərfi vurulmalıdır. Əgər sənəd ilk dəfə yaddaşa verilirsə, bu zaman yeni dialoq pəncərəsi meydana gəlir. Qarşıya çıxan pəncərədə faylın yadda saxlanılacaq yeri təyin olunur.Fayla ad verilir. Sonra isə pəncərədə Sаvе (Сохранить) düyməsi sıxılır. Yox əgər sənədin adı varsa, o zaman cari sənəddə olan dəyişiklik yaddaşa verilir.
Beləliklə biz Corel Draw X6 proqramında sənədin yaddaşa verilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır