Ana səhifə / Dizayn modulu-1 kurs / Additiv rəng modeli

Additiv rəng modeli

Paylaşmaq!

Additiv rəng modeli bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Additiv rəng modeli

Additiv rəng modeli

Şüalanan işıq nə ilə şərh olunur?

Şüalanan işıq additiv rəng modeli ilə şərh edilir. İşləyən monitorun və ya televizorun ekranına yaxın məsafədən və ya lupa ilə baxanda çoxlu sayda xırda qırmızı, yaşılgöy rəngnlərdən ibarət olan nöqtələr görmək olur, çünki, rəngli ekranda hər bir videopiksel müxtəlif (qırmızı, yaşil göy) rənglərdən ibarət olan üç nöqtənin məcmusundan ibarətdir.

Additiv rəng modeli

Müxtəlif rəngli bu nöqtələr çox xırda olduğuna görə gözdə onların qarışığı bir rəng kimi görünür. Beləliklə, qonşü nöqtələrin rəngləri qarışaraq başqa rəng əmələ gətirir .

Qırmızı + yaşıl = sarı;

Qırmızı + göy = al-qırmızı;

Göy + yaşıl = mavi;

Qırmızı + yaşıl + göy =

Additiv rəng neçə rəngin toplanmasından alınır?

Rəngli nöqtələrin işıqlanma intensivliyini dəyişməklə çoxsaylı rəng çalarları yaratmaq mümkündür.

Additiv rəng üç əsas rəngin (qırmızı, yaşıl, göy) toplanması ilə alınır. Bu üç rəngin hamısının intensivliyi 100%-ə çatanda rəng alınır. Rənglərin hamısı olmayanda qara rəng alınır.

Additiv rəng modeli

Kompüter monitorlarında istifadə edilən additiv modeli RGB (Red-qırmızı, Green-yaşıl, Blue-göy) abbreviaturası ilə işarə etmək qəbul edilmişdir.

Beləliklə biz Additiv rəng modeli  mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

EXIF rəqəmsal fotoqrafiya məlumatları

EXIF rəqəmsal fotoqrafiya məlumatları

Rəqəmsal fotoqrafiya kimi sadə görünən bir şey əslində o qədər də sadə deyil. Yalnız ən kiçik hissəciklərdən - piksellərdən ibarət deyil, həm də bir fotoşəkil içərisində böyük bir gizli məlumat yığını şifrələyə bilərsiniz. Sözdə metadatanı şifrələyən standart EXIF ​​(Dəyişdirilə bilən Şəkil Fayl Formatı) adlanır.