Mirvari adlı gəmi ən muasir avadanlıqlarla təchiz olunub, gəmidə sərnişinlərin rahatlığı üçün hər cür şərait yaradılıb.
Gəminin içində fast food adlanan şöbə var ki, burada yüngül tez hazırlanan yeməklər və sərnişinlərə müxtəlif sərinləşdirici içkilərlə də xidmət göstərilir. Qiymətlərsə münasibdir yəni 3 manatdır.
Amma 5 yaşına qədər uşaqların bu gəmi ilə gəzintisi onlara pulsuz başa gəlir
Bakı bulvarı genişləndirildikdən sonra onun ərazisi artıq 16 km-ə çatıb. Paytaxta gələn qonaqlar 16 km sahəsi olan bulvarda — Bakı Ağ şəhər Bulvarındakı “Bulvar Hotel”dən başlayıb Bakı Kristal Zalı və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər.
Dənizdən Bakının möhtəşəm görüntüsü
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır