Ana səhifə / Bakı Bulvarı / Milli Parkda Çorisia Baobab ağacı

Milli Parkda Çorisia Baobab ağacı

Paylaşmaq!

Milli Parkda Çorisia Baobab ağacı 2010-cu il noyabr ayının 8-də əkilmişidir. Bildiyimiz kimi Çorisia Baobab (Chorisia Speciosa) ağacının vətəni Argentinadır.Milli Parkda Çorisia Baobab ağacıArgentinadan gətirilən və Dənizkənarı Milli Parkda əkilən Çorisia Baobab (Chorisia Speciosa) ağacının yaşı 210 ildir. Onu da qeyd etmək istəyirəm ki, minlərlə dollara başa gələn bu cür ağaclar yəni Çorisia Baobab (Chorisia Speciosa) dünyanın bir sıra parklarında əkilib.Milli Parkda Çorisia Baobab ağacıAğacın gövdəsi olduqca qalındır. Bizim yerli iqlimə nə dərəcədə uyğunlaşacağını yəqin ki, gələcək göstərəcək. Bu ağac haqqında onu bildirmək istərdim ki, Çorisia Baobab (Chorisia Speciosa) ağacı Cənubi Amerikanın tropik və subtropik meşələrində bitir.Milli Parkda Çorisia Baobab ağacıMilli Parkda Çorisia Baobab ağacının çoxlu ümumi adları var. Məsələn palo borracho (ispan dilində elə «sərxoş dəyənək») kimi.

Milli Parkda Çorisia Baobab ağacı

Chorisia Speciosa ağacı baobab və kapok ailəyə məxsusdur. Baobab ağacları öz gövdəsində 100 litr su saxlaya bilir. Dənizkənarı Milli Parkda əkilən Çorisia Baobab (Chorisia Speciosa) ağacı haqqında verilən lövhədə ingiliscədə məlumat verilmişdir.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Milli Parkda Avropa zeytunu ağacı

Milli Parkda Avropa zeytunu ağacı

Bu ağacın hündürlüyü 14 metrə çatır. Bu cür Avropa zeytunu (Olea Europa Esem Plare ) ağaclarının ömrü 500 ilə qədərdir. Videodan da göründüyü kimi Milli Parkda olan bu tipli ağaclara xüsusi qulluq göstərilir. Ətrafı daimi yaşıllaşdırılır. Güllərlə dairəvi formada bəzədilib. Avropa zeytunu (Olea Europa Esem Plare ) ağacı haqqında onu deyə bilərəm ki, bu ağac zeytunkimilər fəsiləsinin zeytun ağacı cinsinə aid həmişəyaşıl subtropik ağac bitkisi sayılır.

Добавить комментарий