Bulvarda Çorisia Baobab (Chorisia Speciosa) ağacı 2010-cu il avqust ayının 8-də əkilmişidir. Çorisia Baobab (Chorisia Speciosa) ağacının vətəni Argentinadır.Argentinadan gətirilən və Dənizkənarı Milli Parkda əkilən Çorisia Baobab (Chorisia Speciosa) ağacının yaşı 215 ildir. Onu da qeyd etmək istəyirəm ki, minlərlə dollara başa gələn bu cür ağaclar yəni Çorisia Baobab (Chorisia Speciosa) dünyanın bir sıra parklarında əkilib. Ağacın gövdəsi olduqca qalındır.Bizim yerli iqlimə nə dərəcədə uyğunlaşacağını yəqin ki, gələcək göstərəcək. Bu ağac haqqında onu bildirmək istərdim ki, Çorisia Baobab (Chorisia Speciosa) ağacı Cənubi Amerikanın tropik və subtropik meşələrində bitir.Bu Çorisia Baobab (Chorisia Speciosa) ağacının çoxlu ümumi adları var. Məsələn palo borracho (ispan dilində elə «sərxoş dəyənək») kimi.Chorisia Speciosa ağacı baobab və kapok ailəyə məxsusdur. Baobab ağacları öz gövdəsində 100 litr su saxlaya bilir.
Bulvarda Çorisia Baobab ağacı
Dənizkənarı Milli Parkda əkilən Çorisia Baobab (Chorisia Speciosa) ağacı haqqında verilən lövhədə ingiliscədə məlumat verilmişdir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır