Ana səhifə / Adobe Fhotoshop / Vektor qatların raster qata çevrilməsi

Vektor qatların raster qata çevrilməsi

Paylaşmaq!

Vektor qatların raster qata çevrilməsi bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Vektor qatların raster qata çevrilməsi

Vektor qatların raster qata çevrilməsi

Əgər biz vektor qatına hər hansı bir filter və Adobe Photoshop proqramında istifadə olunan Firça, Pozan və Qradient kimi alətləri tətbiq etmək istəsək, o zaman proqramın özü bizə belə bir xəbərdarlıq dialoq pəncərəsi çıxaracaq.Vektor qatların raster qata çevrilməsi

Bu niyə baş verir?

Əvvəlcə vektor qatların nə olduğunu xatırlamalıyıq. Elektron dərsliyimdə vektorbitmap şəkillərin fərqləndiklərini əvvəlcədən ətraflı məlumat vermişdim. Bir sözlə, fərq bu qatların nədən ibarət olmasıdır. Bildiyimiz kimi raster təsvirlər üçün əsas element piksel olduğu təqdirdə, vektor üçün bunlar riyazi düsturlara əsaslanan formalardır. Bu baxımdan Adobe Photoshop proqramı ən çox raster təsvirlər üçün nəzərdə tutulmuşdur. Bu proqramda böyük əksəriyyət alətlər məhz raster təsvirləri redaktə etməyə hesablanmışdır. Amma proqram eyni zamanda vektor qatlar ilə işləməyə imkan verir bir halda ki, onu raster qata çevirəsən. Əgər bu belə olmasa onda yuxarıda söylədiyim xəbərdarlıq pəncərəsini görmüş oluruq. Deyək ki, bir fiqur olan qat (layer) yaratmışıq.Vektor qatların raster qata çevrilməsi

İndi bu ulduza bir bulanlıq effekti tətbiq etmək və ya üzərinə başqa bir şey çəkmək istəyirəm, ancaq proqram bir səhv göstərəcək və qatı (layeri) əvvəlcədən rasterləşdirməyin lazım olduğu barədə məlumat verəcəkdir. Başqa sözlə Adobe Photoshop proqramı bir layerin məzmununu bir şəkil növündən (bir vektordan) digər bir növə (bir rasterə) çevirə bilər. Bu proses Rasterləşdirmə adlanır. Nəzərə almaq lazımdır ki, proqramın özündə raster təsvirlərin vektor təsvirlərə çevrilməsi kimi əks proses yoxdur.

Yeni başlayanlar üçün tövsiyyə

Qatı rasterləşdirdikdən sonra onu geri qayıtmaq olmaz! Bu əməliyatı yerinə yetirməmişdən qabaq vektor təsvirin keyfiyyətini itirmədən ölçüsünü dəyişdirmək lazımdır. Yeni başlayan istifadəçilər üçün qatın dublikatı çıxararaq onu rasterləşdirmək tövsiyə olunur. O zaman redaktə üçün orijinala qayıda bilərik. Bir daha qeyd etmək istəyirəm ki, qatı rasterləşdirməkdən əvvəl onun dublikatını çıxarmaq lazımdır. Sonra isə Layers palitrasında təsvirin orijinal qatının görsənməsini deaktiv edirik. Və bütün əməliyyatları yalnız dublikatı çıxarılmış qat üzərində tətbiq edirik.

Bir qatı (layeri) necə rasterləşdirmək olar?

Bir qatı (layeri) rasterləşdirmək asandır. Bunun üçün vektor qatına (layerinə) siçanın sağ düyməsini vururuq.Vektor qatların raster qata çevrilməsiAçılan kontekst menyudan Растрировать слой (Rasterize) sətrini seçirik. Beləliklə proqramın özü bu əməliyyatı icra edəcək.

Beləliklə biz Vektor qatların raster qata çevrilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …