Bugünkü, elektron dərsimizin əsas mövzusu Qatın rənglə doldurulması olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Qatın rənglə doldurulması
Bir qatın (layerin) rənglə doldurulması Adobe Photoshop proqramında sadə və populyar bir əməliyyatdır. Bu əməliyyatı bir arxa plana ehtiyacımız olduqda və ya görüntünün üstündəki bir kölgəni örtmək üçün edə bilərik. Bir layeri tamamilə bir rənglə doldurmaq üçün 5 mümkün yolu vardır. Onlar ilə tanış olaq.
Üsul 1. Menyu əmrlərinin köməyi ilə
Bunun üçün Редактирование menyusuna daxil oluruq. Açılan menyudan Выполнить заливку (Fill) sətrini seçirik. Bu əməliyyatı klaviaturadan Shift düyməsi sıxılı vəziyyətdə F5 vurmaqla da yerinə yetirmək olar. Заполнить (Doldurma-Fill) adlanan dialoq pəncərəsi açılacaqdır. Burada bizə lazım olan rəngi təyin edirik.
Üsul 2. Klaviatura düymələrinin köməyi ilə
Alt + Backspace düymələr kombinasiyasından istifadə edərək qatı (layeri) alət palitrasında ön plan rəngi ilə doldurmaq olar.
Üsul 3. Doldurma (Заливка) alətinin köməyi ilə
Bunun üçün alətlər panelindən Doldurma (Заливка) aləti seçin. Qat üzərində siçanın sol düyməsi vurun. Beləliklə layer əsas rənglə boyandı. Doldurma aləti qat üzərində əlavə bir şey olmadıqda işləyir. Əks təqdirdə alət yalnız müəyyən sahələri boyayacaqdır.
Üsul 4. Fırça alətinin köməyi ilə
Xatırlayıram ki, Adobe Photoshop proqramını yeni öyrənməyə başlayanda bu metodu istifadə edirdim. Burada əsas iş sadəcə bir fırça ilə qatın üzərinə boya çəkməyimdir. Bu metodu seçərkən daha qalın zərbələr üçün fırça alətinin ölçüsünü artırmağınız məsləhətdir.
Üsul 5. Doldurma qatı ilə
Bunun üçün Слой menyusuna daxil olub Новый слой-заливка (New Fill Layer) sətrini açılan alt menyudan isə Цвет. əmrini seçirik. Sonra Ok düyməsini sıxırıq. Bundan sonra istədiyimiz rəngi seçmək üçün bir palitra görünəcəkdir. Seçim edərək OK düyməsini sıxırıq.Bütün əməliyyatlardan sonra Layers palitrasında müstəqil bir qat növü görünəcəkdir. Buna doldurma qat deyəcəyik.
Beləliklə biz Qatın rənglə doldurulması mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır