Ana səhifə / Adobe Fhotoshop / Adobe Photoshop qat (layer) palitrası

Adobe Photoshop qat (layer) palitrası

Paylaşmaq!

Adobe Photoshop qat (layer) palitrası bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Adobe Photoshop qat (layer) palitrası

Adobe Photoshop qat (layer) palitrası

«Layer»lərin proqramda görsənməsini təmin etmək üçün nə etmək lazımdır?

«Layer«-lərin proqramda görsənməsini təmin etmək ücün menyudan Window Layers sətrini seçmək lazımdı.

Adobe Photoshop qat (layer) palitrası

Bağlamaq ücün Window- Layers sətrindən işarə yığışdırılır.

Layer-lər Photoshop kimi şəkil işləmə proqramlarının ən vacib ünsürlərindəndir. Şəkil hazırlayarkən hər obyektin, yazının, çərçivənin, arxa planın və.s bir-birinə qarışmaması üçün ayrı-ayrı olmasını təmin edir. Şəklimizi hazırlayanda təsvirə əlavə edəcəyimiz hər hansı bir təzə hissəni (obyekti) Layer yaradaraq əlavə etməliyik. Yəni axırda yaratdığımız şəkil üst-üstə qoyulmuş Layerlərin birləşməsidir.

Yeni layerin yaradılması üçün nə etmək lazımdır?

Adobe Photoshop qat (layer) palitrası

Menyudan Layer New Layer sətrini seçməklə yeni bir Layer yaratmaq olar. (Shft+Ctrl+N).

Adobe Photoshop qat (layer) palitrası

Təzə Layer açmaq üçün Layer palitrasının aşağı sağ küncdə yerləşən düymədən istifadə etməklə yerinə yetirmək olar.

Yeni Layer pəncərəsi haqqında qısa məlumat

Adobe Photoshop qat (layer) palitrası

  • Name: Yeni layerin adını bildirir.
  • Group With Previous Layer: Altdakı layerlə birlikdə hərəkət etməyini istəsək bura işarələnməlidir.
  • Color: Yeni yaratdığımız layeri başqa Layerlərdən fərqlənməsi üçün rəng seçmək üçündür.
  • Mode: Altdakı layer ilə işləmə növünü menyudan seçə bilərik. Adi qaydada Normal saxlanılır.
  • Opacity: Layerin şəffaflığını, altdakı layerin görünməyini təmin etməsi üçün %-lə dəyərləndirmək olar. 100% dəyəri layerin tam görünüşünü təmin edir. Aşağı etdikcə şəffaflıq çoxalır.

Adobe Photoshop qat (layer) palitrası

Layer paneli hansı elementlərdən təşkil olunub?

Adobe Photoshop qat (layer) palitrası

1-Göz (Indicates layer visibility): Layeri görünməsini təmin edir, göz üstündə siçanın sol düyməsini basdıqda həmin layer görünməyəcək. Ancaq hansı layerdə göz işarəsi var həmin layer görünür.

2-Fırça (Indicates painting on layer or layer mask): Hansı layerdə seçili olduğunu bildirir. İstifadə etdiyimiz layeri göstərir.

3-Effekt tətbiq olunması (Add a layer style): Layerə müxtəlif effektlər verməyi təmin edir. Sol düyməni basdıqda açılan pəncərədən bir efekt seçərsək seçdiyimiz effekti işarələndiyi Layer Style pənçərəsində açır.

4-Maskalama aləti (Add a mask): Layerə maska əlavə edir.

5-Yeni set (nabor) yaratmaq aləti (Create new set)

6- Rənglər tonları dəyişdirmə aləti (Create new fill or adjustment layer): Mövcud rənglərdən çox gözəl dəyişiklik etməyi təmin edən xüsusiyyətləri işlədir.

7-Yeni Layer yaratma aləti (Create a new layer): Şəklə yeni bir layer əlavə edir.

8-Layeri silmək aləti (Delete layer): Layeri silir.

9-Layer seçimləri: Buradan yeni layer, layerin nüsxəsi, layeri silmək xüsusiyyətlərini görmək olar.

10-Opacity: Şəffaflığı %-ilə göstərir.

11-Mode: Layerin rejimlərini dəyişir.

12-Layerdəki transparent pixelləri bağlayır.

13-Layerin üzərində dəyişiklik aparmağa icazə vermir.

14-Layerin sağ-sol, aşağı-yuxarı hərəkərini bağlıyır.

15-Layerlərin bütün əməliyyatlarının tətbiqini bağlıyır.

Layerlərin yerinin dəyişdirilməsi üçün nə edirlər?

Layerlərin yerini dəyişmək ücün layer üzərində sol düyməni basılı tutaraq aşağı-yuxarı çəkərək yerini dəyişdirmək olar.

Adobe Photoshop qat (layer) palitrası

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …