Ana səhifə / Adobe Fhotoshop / İş sahəsi panelinin təsviri

İş sahəsi panelinin təsviri

Paylaşmaq!

İş sahəsi panelinin təsviri bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

İş sahəsi panelinin təsviri

İş sahəsi panelinin təsviri«İş sahəsi» panelinin təsviri ilə tanış olaq. Xatıqladaq ki, bu panel proqramın sol yuxarı küncündə yerləşir. Ox düyməsini vurduqda menyu açılır. Nəzərə alsaq ki, Adobe Photoshop proqramı vasitəsilə bütün əməliyyatları müxtəlif alətlərin köməyi ilə edirik. Eyni zamanda bir palitradan digərinə keçmək zərurəti yaranır. Bu bəzən çətinliklər yaradır. Bu problem İşlək mühit və ya İş sahəsi düyməsinin köməyi ilə həll edilir, məhz onun sayəsində proqramda iş sadələşir.

«İş sahəsi» paneli nə üçün nəzərdə tutulmuşdur?

İş sahəsi panelinin təsviri

Bu paneldə proqramda işlərin bu və ya digər növü üçün alətlərin bütün dəstləri göstərilmişdir. Qeyd etmək lazımdır ki, «İş sahəsi» panelində gördüyümüz işin təyinatından asılı olaraq elə alətlər və tənzimləmələr toplanır ki, onu sadəcə seçmək lazımdır. Beləliklə, İşlək mühit və ya «İş sahəsi» effektivliyi proqramda sizin işinizin rahatlığını artırmağa yönəlmişdir.

«İş sahəsi» panelinin elementləri hansılardır?

Proqramın istehsalçıları İş sahəsində bəzi işlərə aid hazır nümunəvi şablon təklif edirlər. Amma düşünürəm ki, bunlar sadəcə «İş sahəsi» paneli funksiyasını başa düşmək üçün gərəklidir. Dediklərimi sadə nümunə ilə göstərək.

İş sahəsi panelindən «Dizayn» «Дизайн» və ya Design iş sahəsi dizayner işi üçün nəzərdə tutulan mətn tərtibatlarını yəni rəngini, ölçüsünü və sair bu kimi digər parametrləri özündə birləşdrir.

İş sahəsi panelinin təsviri

«Рисование» «Rəsm çəkmə» iş sahəsi nə üçündür?

İş sahəsi panelinin təsviri «Rəsm çəkmə» — burada biz rəsm çəkmək üçün alətləri tapırıq, məsələn fırçalar və palitra.

«Фотография» «Şəkil» iş sahəsi nədir?

İş sahəsi panelinin təsviri

Şəkillərlə işləmək üçüb lazım olacaq iş sahəsidir. Bu sətrin aktivləşdirilməsi zamanı proqrama bir sıra alətlər paneli əlavə olunur. Məsələn “korreksiya” paneli, Histoqramm” paneli , “tarixçə paneli və sair.

«3D» iş sahəsi nədir?  İş sahəsi panelinin təsviri

Bu sətrin seçilməsi zamanı 3D qrafika ilə işləmək üçün proqramda mövcud olan palitraları aktivləşdirir.

Yeni iş sahəsini necə yaratmaq olar?

Başlanğıc üçün Adobe Photoshop proqramına müraciət edirik. Bizə lazımlı palitraları açırıq. Onları bizə  rahat formada proqramda yerləşdiririk. Tez-tez istifadə edilən əlavələri quraşdırırıq. Alətləri nizamlayırıq. Bundan sonra yuxarıda təsvir edilən menyudan «Yeni iş sahəsi» «Новая рабочая среда» komandasını seçirik.

İş sahəsi panelinin təsviri

Dialoq pəncərəsi açılacaq. (New Workspace)

İş sahəsi panelinin təsviri

İş sahəsinin adını yazırıq. Yadda saxlamaq (Save-Сохранить) düyməsini sıxırıq. Belə iş mühitinin yaradılması proqramın digər yüklənmələri zamanı hamıya əlçatan olacaq.

İş sahəsini necə silmək olar?

Bunun üçün yuxarıda təsvir edilən menyuya daxil oluruq. İş sahəsi panelinin təsviri «Удалить рабочую среду» adlanan əmri seçirik. İş sahəsi panelinin təsviri

Beləliklə biz Adobe Photoshop-da İş sahəsi panelinin təsviri mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …