Ana səhifə / Adobe Fhotoshop / Görüntü hissələrinin retuşu

Görüntü hissələrinin retuşu

Paylaşmaq!

Görüntü hissələrinin retuşu bugünki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Görüntü hissələrinin retuşu

Görüntü hissələrinin retuşu

Retuş nədir?Görüntü hissələrinin retuşu

Retuş – şəkildə şəxsin üzünün düzəlişidir. O dərinin problemli sahələrini düzəltməyə və ideala qədər şəkili çatdırmağa icazə verir.

Hansı alətlər şəkildə retuş aparmağa imkan verir?Görüntü hissələrinin retuşu

Spot Healing Brush Tool alətinin iş prinsipiGörüntü hissələrinin retuşu

Dəridəki qüsurların silinməsindən başlayaq. Dəridə olan xırda qüsurları Spot Healing Brush Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Alətin xassələr panelində Proximity Match-ı qabaqcadan göstərmək lazımdır.

 Healing Brush Tool alətinin iş prinsipiGörüntü hissələrinin retuşu

Dəridə olan iri qüsurları Healing Brush Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Bunun üçün Alt düyməsini sıxırıq və «sağlam» hissənin (şəkildə xaç mənbəyi göstərir) yanında dərinin sahəsini göstəririk.

 Patch Tool alətinin iş prinsipiGörüntü hissələrinin retuşu

Dəridə olan iri qüsurları Patch Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Çapığı dairələyirik, alətin xassələr panelində Source bəndini  göstəririk. Sonra yerinə dairələnmiş sahəni, çapıq yanındakı təmiz dəriyə daşıyırıq.

 Clone Stamp Tool alətinin iş prinsipiGörüntü hissələrinin retuşu

Dəridə olan iri qüsurları Clone Stamp Tool aləti ilə daha sürətli və daha sadə silmək olar. Clone Stamp Tool (Ştamp aləti) aləti klaviaturada S düyməsini sıxmaqlada çağırmaq olar. Şəkildəki deffektləri daha profisseonal silmək olur.

Beləliklə biz Görüntü hissələrinin retuşu mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …