Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, videokonfrans- əlaqə sistemləri, səs vermə sistemləri əvvəl olan problemlərin böyük bir qismini aradan qaldırıb. Məkan və məsafə oxumaq və işləmək üçün elə də vacib deyil. İnteraktiv texnologiyaların geniş yayıldığı sahə təhsildir.
Məqalənin mündəricatı
AktivBoard elektron lövhələri ilə işin təşkili
AktivBoard nədir?
Böyük televizor ölçüsündə sensor ekran interaktiv lövhə (İNTERAKTİV (İngilis dilindən interaktiv) BOARD (İngiliscə ağ lövhə)) adlanan xüsusi elektron cihazdır. Yalnız kompüter və proyektorla işləyir. Hər üç cihaz bir-birinə bağlıdır ki, kompüterdən gələn şəkil lövhədə göstərilsin. Sadəcə olaraq, marker və ya barmaqla səthə toxunmaqla siz kompüterdə siçanla işləyirmiş kimi ekrandakı şəkillə işləyə bilərsiniz.
İnteraktiv lövhələrin hansı növləri var?
İnteraktiv lövhələr aktiv və passiv olmaqla iki cür olur.
«AktivBoard» lövhəsi enerji mənbəyinə və naqillərdən istifadə edərək kompüterə qoşulmalıdır. «Passiv board» lövhənin səthində heç bir sensor yoxdur və qoşulmağa ehtiyac yoxdur. Onun kompüterə və ya proyektora qoşulmasına ehtiyac yoxdur və kabelləri bütün sinifdə keçirməyə ehtiyac yoxdur. Bir ofisdən digərinə asanlıqla köçürülə bilər.
İnteraktiv lövhənin hansı texnologiya əsasında yaradılması, onunla işləmə üsulundan asılıdır. Aktiv Board-ın yaradılması zamanı aşağıdakı texnologiyalar istifadə olunur:
- Elektromaqnit texnologiyası (aktiv);
- Analoq-rezistiv texnologiya (aktiv);
- Ultrasəs texnologiyası (passiv);
- İnfraqırmızı texnologiya (passiv);
- Microdot texnologiyası (passiv);
- Lazer texnologiyası (passiv);
- Optik texnologiya (passiv);
«AktivBoard» lövhəsi elektromaqnit və müqavimət texnologiyalarında istifadə edilərək naqillərlə kompüterə və enerji təchizatına qoşulur.
«AktivBoard» lövhəsi ilə işə başlamaq üçün nə etmək lazımdır?
Məlumdur ki, məktəblər, universitetlər, akademiyalar texnologiyanın son yeniliklərindən istifadə edən ilk müəssisələrdir. İşə başlamazdan əvvəl interaktiv lövhə kompüterə və proyektora qoşulur. Onun ekranına hər bir mənbədən (kompüter və yaxud video siqnallardan) gələn şəkil əks olunur. Bundan sonra düz lövhənin üzərində işləmək olur. İnteraktiv lövhənin üstündə xüsusi elektron qələm ilə yazmaq olur. Lövhə slaydları, videonu göstərməyə, şəkil çəkməyə (adi lövhədəki kimi), real vaxtda əks olunan şəkilin üstündə qeydlər etməyə, hər dəyişikliyi daxil etməyə və onları kompüter fayllar qismində sonra redaktə etmək üçün yaddaşda saxlamağa, printerdə çap etməyə, faks və yaxud elektron poçt vasitəsi ilə göndərməyə imkan verir.Elektron lövhənin digər yaxşı cəhətləri ondadır ki, animasiya imkanı yaradır, real vaxtda çəkilən şəkillərə baxmaq və muhazirələri yazmaq olur. Bütün ineraktiv elektron lövhədə yazılan fikirlər komputerdə etibarlı saxlanılır və ardıcıllıqla bərpa edilə bilərlər.
Bu texnologiyalar təhsildə, təbabətdə, biznesdə, siyasətdə və cəmiyyətin digər fəaliyyət sahələrində öz tətbiqini tapır.
Bunu da bilmək vacibdir ki, interaktiv lövhə — dərsdə bütün problemləri özü yoluna qoyan, onu maraqlı və rəngarəng edən bir sehirli çubuq deyil. Onu da düşünmək lazım deyil ki, elektron lövhədən mütləq hər dərsdə və ya dərsin hər mərhələsində istifadə etmək lazımdır.
Digər resurslar kimi interaktiv lövhədən də məqsədyönlü istifadə etdikdə daha effektiv nəticə əldə etmək olar. Elektron lövhə ilə dərsləri qurarkən təhsilalanların yorulmaması və yüklənməməsinə, sağlamlığı qoruyan üsullardan istifadə edilməsinə diqqət yetirmək vacibdir.
Promethean ActivBoard 300 Pro markalı interaktiv lövhə ilə iş
ActivBoard 300 Pro interaktiv lövhəsini və onun tədrisdə tətbiqini daha maraqlı və interaktiv edən Activİnspire proqram təminatından geniş istifadə olunur.
Activİnspire proqram təminatı müxtəlif fənləri tədris etmək üçün geniş imkanlar açır. Məhz təlim otağında istifadəsi üçün nəzərdə tutulmuş Activİnspire proqramı müəllimə tədris prosesində interaktiv lövhənin bütün imkanlarından istifadə etməyə şərait yaradır. Bu proqram müəllimə yeni maraqlı dərslər yaratmağa, həmçinin ayrı ayrı tələbələrin , qrupların, eyni zamanda bütün qrupun qiymətləndirilməsinə imkan verir. (ActivExpression) Onu da qeyd etmək istərdim ki, bu proqramın üstünlüklərindən biri də yaş interfeysləri seçiminin təqdim olunmasıdır.Activİnspire proqramının ümumi resurslar qovluğunda təqdim olunan müxtəlif mövzularda, ayrı-ayrı fənlərin tədrisində istifadə edilə bilən çoxsaylı şəkillər, fonlar, səs effektləri, şablonlar,rəngləmələr, pazllar, interaktiv tapşırıqlar, didaktik oyunlar, dərslərin qurulmasında lazım olan müxtəlif alətlər (düymələr) maraqlı tapşırıqlar yaratmaq üçün əlverişli vəsaitdir. Bu vəsaitlərin müvafiq başlıq altında qovluqlarda yerləşdirilməsi müəllimə istədiyi resursu tez bir zamanda tapmağa imkan verir.Həmçinin müəllim öz hazırladığı resursları «Mənim resurslarım” bölməsində müvafiq adla yaratdığı qovluqda saxlaya və ondan gələcək dərslərində də istifadə edə bilər.
Eyni zamanda müəllimlər bu proqramın vasitəsilə «Promethean Planet” adlı onlayn icmaya çıxış da əldə edə bilərlər.
Bu portal məşhur nəşriyyat evləri, proqramçılar və təhsil ekspertləri üçün aparıcı kanal və eyni zamanda müəllimlərin əməkdaşlıq etməsi, qabaqcıl təcrübə, qrup işləri və xüsusi maraq kəsb edən sahələrlə bağlı biliklərini paylaşması üçün virtual məkandır. Portala çıxış almaqla müəllimlər orada yerləşdirilmiş 75000-dən çox hazır interaktiv elektron resursdan (dərslər, animasiyalar, dərs icmalları və s. resurslar) istifadə etmək imkanı əldə edirlər.
Lövhənin ActivPen adlanan sensor qələminin imkanları təhsilverən və təhsilalanlara flipçartın sərhədlərindən kənara çıxmağa, real alətlərdən istifadə etməyə, istənilən kompüter proqramında işləməyi mümkün edir.Activİnspire proqramının digər üstün cəhəti lövhədə dəftər vərəqini əks etdirmək üçün (damalı və ya birmil) torun olmasıdır.
Müəllim eyni anda bütün qrupa lövhədə nümayiş etdirir, şagird isə lövhədəki ilə dəftərindəki qeydlərin uyğun olub- olmadığını özü təyin edir. Bu zaman diqqətin cəmlənməsi inkişaf edir. Həmçinin torun köməyindən müxtəlif resursların hazırlanmasında da istifadə edilir.
Qeyd etmək lazımdır ki, Promethean lövhə müəllimə tədris edəcəyi mövzunun üsul və vasitələrini seçməkdə geniş imkanlar verir.
İkinəfərlik iş rejimində işləmə funksiyası müəllimə müxtəlif fənlərin tədrisində cütlər və ya qruplar arasında maraqlı yarışlar, estafetlər, oyunlar keçirmək imkanı yaradır.
Qeyd etmək istərdim ki, bu elektron lövhə yalnız müəllimin köməkçisi ola biləcək bir vəsaitdir. Ondan effektiv istifadə isə müəllimin özündən-yəni onun imkanlarından nə dərəcədə istifadə etmək bacarığından asılıdır. Düzgün seçilməmiş material və zaman həddi dərsin keyfiyyətinin artmasına deyil, əksinə edə bilər.
İnteraktiv lövhədən daha səmərəli istifadə etmək üçün sözsüz ki, ilk növbədə onun proqram təminatını dərindən öyrənmək və onunla istifadə zamanı köməyi ola biləcək resursları təyin etmək lazımdır.
Təhsilalanlar bu lövhənin geniş imkanlarını asanlıqla mənimsəyirlər. İnteraktiv vəsaitlər tələbələri ruhlandırır və onları yeni biliklər əldə etməyə çağırır, nailiyyətlər qazanmağa kömək edir. Promethan lövhədən istifadə hər bir dərsi dinamik edir, bunun nəticəsində dərsin ilk mərhələsindən təhsilalanların diqqətini cəlb edir və dərs boyunca bu motivasiyanı qorumaq mümkün olur.
Təhsil müəssisələrində müxtəlif növ elektron lövhə proqramlarından istifadə olunur. Bunlara misal olaraq aşağıdakıları göstərmək olar:
- Promethean lövhələr üçün Activinspire proqramı;
- Mimio lövhələr üçün Mimio Studio proqramı;
- İnteractive Whiteboard lövhələr üçün İnteractive Whiteboard Software;
- SmartBoard lövhələr üçün Smart Notebook proqramı və s.
Bu gün elektron lövhələr olmadan müasir təlim prosesini təsəvvür etmək mümkün deyil.
Elektron lövhə ilə keyfiyyətcə yeni səviyyəli dərs hazırlamaq və onu yüksək səmərə ilə təşkil etmək ancaq proqram təminatından tam və bacarıqla istifadə şəraitində mümkündür. Elektron lövhənin proqramı rəqəmsal məhsul yaratmağa imkan verir ki, bu da şagirdin dərketmə prosesinə və müstəqil işə tam qoşulmasına şərait yaradır.
Sözügedən lövhə proqramlarında, xüsusilə Smart Notebook, Promethean lövhələr üçün Activinspire proqramında interaktiv testlərin yaradılması tədris prosesini maraqlı, zəngin və yaddaqalan edir. İnteraktiv sözünün mənası “qarşılıqlı fəaliyyətə əsaslanan” deməkdir. Analoji olaraq interaktiv testlər də qarşılıqlı fəaliyyət əsasında qurulan testlər anlayışına gətirib çıxarır. İnteraktiv testlərin yaradılması fənlərarası inteqrasiyanın təşkilini təmin edir.
Elektron lövhə müasir texnikanın tətbiqi ilə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına kömək edir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır