İlk tibbi yardım çantası bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İlk Yardım moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
İlk tibbi yardım çantası
İlk tibbi yardım çantasında nə olmalıdır?
- üçkünc sarğı bezləri
- rulonlu sarğı bezləri
- pambıq
- yara bandları
- boyunluq
- turna jqutu
- antiseptik məhlullar
- ağrı kəsici preparat
- sancaq
- qayçı
- fənər
Hansı ilk yardım tədbirini ilk üç tədbir kimi seçərdiniz?
Zərərçəkmişə xarici zədələyici amillərin (elektrik cərəyanı, aşağı və ya yuxarı hərarət, ağır təzyiq altında sıxılma və s.) təsirinin dərhal aradan qaldırılması və onun əlverişsiz şəraitdən uzaqlaşdırılması (sudan, yanan və ya qaz dolmuş yerdən çıxarılması).
Alınmış travmanın növündən və xarakterindən asılı olaraq dərhal tibbi yardımın göstərilməsi (qanaxmanın dayandırılması, süni tənəffüs verilməsi, ürəyin qapalı masajı, yaralara sarğı qoyulması və s.).
Ən qısa müddətdə zərərçəkmişin yaxındakı müalicə müəssisəsinə çatdırılması. Bu zaman çox ehtiyatla davranmaq, yaxud hadisə yerinə təcili tibbi yardım çağırmaq lazımdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır