Qatın (layerin) adının dəyişdirilməsi bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Qatın (layerin) adının dəyişdirilməsi
Layer palitrasında qatları adlandırmağın ən asan yolu işin mahiyyətini əks etdirən adlar qoymaqdır. Susma vəziyyətinə görə Photoshop-un rus dilindəki versiyasını istifadə edirsinizsə, o zaman hər yeni qata standart bir ad verilir:
«Слой 1», «Слой 2» və s. (İngilis dilində «Layer 1», «Layer 2») .
Qatın (layerin) adının dəyişdirilməsi üçün hansı üsullar mövcuddur?
Üsul 1.
Proqramda yeni layerin yaradılması zamanı qarşıya çıxan dialoq pəncərəsindən bir başa layerə (qata) ad vermək olar.Yeni layerin (qatın) yaradılması üçün klaviaturada CTRL+SHİFT+N düymələri yanaşı sıxılmalıdır.
Üsul 2. Siçan vasitəsilə adı dəyişmək
Birinci halda ilkin adı təyin etmişiksə, ikinci halda layihə üzərində işləmə müddətində birbaşa qatı (layeri) adlandırırıq.Bunu etmək üçün qatın adının üzərində siçanın sol düyməsini iki dəfə vururuq. Nəticədə yeni bir ad yazmağa imkan verən ağ sahə yaranır. Yeni adı həmin sahəyə daxil edib Enter düyməsini vururuq.
Üsul 3. Kontekst menyu vasitəsilə
Qatın üzərində siçanın sağ düyməsini vurun. Açılan kontekst menyudan Layer Options (Параметры слоя-Qatın parametrləri) əmrini seçin.
Açılan növbəti dialoq pəncərəsində qata ad vermək üçün sahə təklif olunacaq. Həmin sahəyə qat (layer) üçün ad daxil etmək lazımdır.
Beləliklə biz Qatın (layerin) adının dəyişdirilməsi mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır