Ana səhifə / KQİES / Windows ƏS-nin çatışmayan cəhətləri

Windows ƏS-nin çatışmayan cəhətləri

Paylaşmaq!

Windows ƏS-nin çatışmayan cəhətləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Windows ƏS-nin çatışmayan cəhətləri

Windows ƏS-nin çatışmayan cəhətləri

Kompüter texnikasında istifadə edilən istənilən proqramın müsbət və ya mənfi cəhətləri olduğu kimi, Windows proqramının da belə xüsusiyyətləri vardır.

Kompüter resurslarından istifadənin çox olması

Windows-un əsas mənfi cəhəti ondan ibarətdir ki, göstərilən müsbət cəhətləri əldə etmək üçün aparat təminatına düşən yükü çoxaltmaq lazımdır. Qrafik interfeys, miqyaslı şriftlərin əldə edilməsi, mürəkkəb məsələlərin həlli və s güclü mikroprosessorun olmasını, əməli yaddaşın və disk sahəsinin genişləndirilməsini tələb edir.

Windows ƏS-nin çatışmayan cəhətləri

Baxmayaraq ki, Windows 7 ilə işləmək üçün formal olaraq 32 bit (x86) və ya 64 bit (x64) prosessor 1 GHz və ya daha sürətli, eləcədə 1 GB (32 bitlik bir prosessor üçün) və ya 2 GB (64 bitlik bir prosessor üçün) RAM tələb olunur. Həmçinin 16 GB (32 bit) və ya 20 GB (64 bit) sərt disk sahəsi, WDDM 1.0 sürücüsü və ya sonrası ilə DirectX 9 dəstəyi olan qrafik video yaddaş lazımdır.

Bəzi xüsusiyyətlərdən istifadə üçün əlavə tələblərin olması

  1. İnternetə giriş (ödəniş tələb oluna bilər).
  2. Ekran çözümlülüyündən asılı olaraq, daha inkişaf etmiş bir qrafik kart dəstəyi tələb edə bilər.
  3. Optimal performans üçün bəzi oyunlar və proqramlar DirectX və ya daha yüksək versiyaya uyğun bir qrafik kartı tələb edə oluna bilər.
  4. Bəzi Windows Media Mərkəzi xüsusiyyətləri bir TV tüneri və əlavə avadanlıq tələb edə bilər.
  5. Windows Touch Tablet PC-lər üçün xüsusi avadanlıq lazımdır.
  6. Ev qrupu üçün bir şəbəkə və Windows 7 ilə işləyən kompüterlər lazımdır.
  7. Musiqi və səs üçün səs çıxışı lazımdır.

Windows-un digər mənfi cəhəti DOS-a nisbətən istənilən məsələnin həllinə vaxtı çox sərf etməsidir. Məsələn, DOS proqramı kompüterdə məsələni həll etmək üçün Windows-dan bir neçə dəfə tez işləyir. Bütün göstərilən mənfi cəhətlər Windows-un qiymətini heç də aşağı salmır və onu göstərir ki, Windows heç də universal proqram deyil.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.

Həmçinin baxın

Əməliyyat sisteminin tənzimlənməsi

Əməliyyat sisteminin tənzimlənməsi

Sistemin əsas tənzimlənmələri Панель управления (Control panel (İdarə etmə paneli)) adlanan xüsusi paneldə yerləşir.