Windows ƏS-nin üstün cəhətləri bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Windows ƏS-nin üstün cəhətləri
- 1.1 Windows ƏS-nin hansı üstün cəhətləri vardır?
- 1.2 Proqramın xarici qurğularla əlverişli işləməsi
- 1.3 Səmərəli istifadəçi interfeysinin yaradılması
- 1.4 Əməli yaddaşdan tam istifadə
- 1.5 Proqramı kompüterin yaddaşında saxlamağın mümkünlüyü
- 1.6 Vahid istifadəçi interfeysi
- 1.7 Çoxlu sayda məsələlərin eyni anda həlli
- 1.8 DOS əlavələri ilə uyğunluq
- 1.9 Verilənlərin mübadiləsi buferindən (clipboard) istifadə
- 1.10 Miqyaslaşdırılmış şriftlərin əldə edilməsi
- 1.11 Əlavə qurğularla əlaqənin sadəliyi
- 1.12 Multimedia imkanları
- 1.13 Əməli yaddaşın daha səmərəli istifadəsi
- 1.14 Yekun nəticə
Windows ƏS-nin üstün cəhətləri
Windows ƏS-nin hansı üstün cəhətləri vardır?
- Proqramın xarici qurğularla əlverişli işləməsi
- Səmərəli istifadəçi interfeysinin yaradılması
- Əməli yaddaşdan tam istifadə
- Proqramı kompüterin yaddaşında saxlamağın mümkünlüyü
- Vahid istifadəçi interfeysi
- Çoxlu sayda məsələlərin eyni anda həlli
- DOS əlavələri ilə uyğunluq
- Verilənlərin mübadiləsi buferindən (clipboard) istifadə
- Miqyaslaşdırılmış şriftlərin əldə edilməsi
- Əlavə qurğularla əlaqənin sadəliyi
- Multimedia imkanları
- Əməli yaddaşın daha səmərəli istifadəsi
Proqramın xarici qurğularla əlverişli işləməsi
Windows bütün işləri, yəni konkret xarici qurğularla uzlaşma problemini öz üzərinə götürdüyü üçün tədqiqatçının konkret xarici qurğularla birgə işləməsinin təmin olunması problemi aradan qaldırmış olur.Odur ki, Windows proqramı konkret xarici qurğulardan asılı olmur və qurğularla o zaman əlverişli işləyir ki, bu qurğular müstəqil olaraq Windows-la işləyə bilirlər. İş prosesi zamanı ən çox istifadə edilən avadanlıqların işini lazımi səviyyədə saxlamaq üçün drayverlər Windows-un tərkibinə daxil edilir.
Səmərəli istifadəçi interfeysinin yaradılması
Windows-un istifadəçi interfeysinə lazım olan funksiyalar: pəncərələr, menyu, sorğular, siyahılar və s daxildir.Buna görə də Windows-un istifadəçi interfeysi ən yaxşı nümunələrdən biri sayılır və bu mühitdə işləyən digər proqramlar Windows-un funksiyalarından istifadə edir.
Əməli yaddaşdan tam istifadə
Bildiyimiz kimi DOS-dan fərqli olaraq Windows-da kompüterin əməli yaddaşı tam həcmdə istifadə edilir. Bu isə həcmli proqramların qurulmasını asanlaşdırır.
Proqramı kompüterin yaddaşında saxlamağın mümkünlüyü
Məlumdur ki, proqramlar kitabxanasından Windows-un köməyi ilə istənilən proqramı götürüb istifadə etmək olur, yəni seçilmiş proqramı kompüterin yaddaşına yükləmək mümkündür.
Vahid istifadəçi interfeysi
Windows istifadəçi interfeysini yaratmaq üçün proqramçıları lazım olan bütün ləvazimatlarla təmin edir. Belə olan halda iş prosesi zamanı proqramçılar bu ləvazimatlardan tam istifadə edirlər. Belə geniş imkanların onlara verilməsi istifadə üçün analoji ləvazimatlar yaratmağa sövq etmir.Nəticədə Windows proqramının istifadəçi interfeysi müəyyən dərəcədə daima təkmilləşir və istifadəçiyə istənilən proqramlar arasında əlaqə yaratmağa imkan verir. Bundan əlavə, istifadəçi kompüterdə istifadə edilən hər bir proqramı ayrıca öyrənməyə ehtiyac duymur.
Çoxlu sayda məsələlərin eyni anda həlli
Windows müxtəlif sayda proqramların eyni zamanda həll edilməsinə və onlar arasında məlumat mübadiləsinə imkan yaradır.Digər tərəfdən Windows-da bir proqramın və ya məsələnin həllindən digərinə keçmək mümkündür.
DOS əlavələri ilə uyğunluq
Windows elə qurulmuş sistemdir ki, onunla işləyərkən DOS proqramlarına müraciət etmək və ya DOS proqramı ilə işləmək lazımdırsa, bu işləri Windows-dan çıxmadan həyata keçirmək mümkündür.Amma onu da qeyd etmək lazımdır ki, DOS proqramları Windows-un təsiri altında icra olunarkən onlar aşağı sürətlə işləyirlər.
Verilənlərin mübadiləsi buferindən (clipboard) istifadə
Məlumdur ki, müəyyən proqramın verilənlərini buferə yerləşdirib, digər proqram üçün verilənlər lazım olarsa, buferdəki verilənlərdən istifadə etmək olar.Verilənlərin dinamiki dəyişməsi (Dynamic Data Exchange, DDE), yəni başqa proqram üçün hazırlanmış verilənlər digər proqram üçün də istifadə edilə bilər. Orijinal proqramda olan verilənləri həmişə təmizləmək mümkündür.
Miqyaslaşdırılmış şriftlərin əldə edilməsi
Windows-da əvvəllər qarşıya çıxan problemlər True Type şriftlər formatından istifadə etməklə aradan qaldırıldı.Bu formatın köməyi ilə istənilən forma və ölçüdə şriftləri displeyin ekranına çıxarmaq və nəhayət, printerdə çap etmək mümkün olmuşdur.
Əlavə qurğularla əlaqənin sadəliyi
Windows-da istənilən xarici qurğunu həmin qurğunun drayveri vasitəsilə kompüterə qoşmaq mümkündür. Qeyd etmək istəyirəm ki, DOS-da bu işləri yerinə yetirmək üçün hər bir qurğunun qoşulma proqramını DOS-a sazlamaq tələb olunur ki, bu da istifadəçi üçün müəyyən çətinliklər əmələ gətirir.
Multimedia imkanları
Windows-un müəyyən qurğularına mikrofon, kompakt-disk və ya videokamera, səs ilə müşayət olunan avadanlıqlar qoşmaq mümkündür.Belə imkanların olması kompüterdən qeyri-ixtisas sahiblərinin də istifadə etməsinə, təlim və oyun proqramlarının təşkilinə böyük imkanlar yaradır.
Əməli yaddaşın daha səmərəli istifadəsi
Əvvəlki proqramlara nisbətən əməli yaddaşla iş elə qurulur ki, istifadəçi üçün yaddaş çatışmazlığı problemi aradan qalxmış olur.
Yekun nəticə
Windows-dan istifadə etməklə istifadəçi mürəkkəb məsələlərin həllini asanlaşdırır və belə məsələlərin həlli üçün tələb olunan çoxlu sayda proqramların əvəzinə bir proqramdan istifadə etmiş olur. Eyni zamanda Windows Explorer proqramının tətbiqi qurğular və fayllarla aparılan əməliyyatları sadələşdirir və əyani edir. Windows mühitində işləyən proqramların idarə olunmasının eyniliyi proqramların əmrlər sistemini eyniləşdirir, yəni File, Edit, View və s menyu əmrləri demək olar ki, bütün proqramlar üçün eynidir. Plug and Play prinsipinin tətbiqi kompüterə qoşulan qurğuların tapılması prosesini avtomatlaşdırır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.