MS-DOS-da kataloq anlayışı bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter qurğularını idarə edən sistemlər moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
MS-DOS-da kataloq anlayışı
MS-DOS əməliyyat sistemində kataloq nədir?
Kataloq digər fayllar haqqında informasiyanı özündə saxlayan xüsusi fayldır. Kataloq həmçinin direktoriya da ( ingiliscə directory-arayış, göstərici) adlanır. Faylların adı diskdə kataloqlarda (və ya direktoriya) qeyd olunur. Windows ƏS-də kataloqlar qovluq adlanır.
Altkataloq nədir?
Kataloq faylların tam adı, ölçüsü, yaradılma və ya sonuncu düzəliş vaxt və tarixi, atributu və s. məlumatlardan ibarət olur. Kataloqun daxilində başqa bir kataloq qeyd olunarsa, buna altkataloq deyilir. Kataloqun adına olan təlabat fayllarda olduğu kimidir, amma burada genişlənmədən istifadə olunmur.
Hər bir diskdə neçə baş kataloq ola bilər?
Hər bir diskdə bir baş kataloq olur. Bu kataloqda fayl və altkataloqlar qeyd olunur. Diskdə kataloqlar ağacvari iyerarxik struktura malikdirlər. İstifadəçi işləyən kataloq cari kataloq adlanır. Yeni formatlaşmış diskdə sadəcə bir kataloq olur ki, bu da baş kataloq (root directory) adlanır və proqram vasitəsi ilə silinə bilməz. Baş kataloq \ (əks sleş) simvolu ilə işarə olunur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır.