Ana səhifə / Dizayn modulu-1 kurs / Təsvirlərin çözümlülüyü haqqında

Təsvirlərin çözümlülüyü haqqında

Paylaşmaq!

Təsvirlərin çözümlülüyü haqqında bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Təsvirlərin çözümlülüyü haqqında

Təsvirlərin çözümlülüyü haqqında

Təsvir çözümlülüyü nədir?

Təsvirlərin çözümlülüyü piksellərlə ayrılmaz şəkildə bağlıdır. Təsvir çözümlülüyü müəyyən bir boşluğa neçə piksel yerləşəcəyini təyin edən bir ölçü vahididir. Bu da piksellərin nə qədər böyük və ya kiçik olacağını idarə edir. Rəqəmsal təsvirin çözümlülüyü  aşağıdakı kimi qeyd olunur: 1920 × 1280. Belə bir qeyd görüntünün 1920 piksel enində1280 piksel hündürlükdə olması deməkdir. Yəni bu rəqəmlər bir sıra və sütundakı ən kiçik kvadratların sayından başqa bir şey deyildir.

Təsvirlərin çözümlülüyü haqqında

Təsvirlərin çözümlülüyü nədən aslıdır?

Yeri gəlmişkən, bu iki ədədi — 1920 × 1280-i bir-birinə vursaq mənim nümunəmdə 2.457.600 piksel alırıq. Müəyyən bir görüntünü meydana gətirən “xanaların» ümumi sayını əldə edirik. Bu rəqəm qısaldılmış şəkildə 2,5 meqapiksel (MP) kimi yazmaq olar. Bildiyimiz kimi rəqəmsal kameranın və ya məsələn, bir smartfondakı kameranın xüsusiyyətləri ilə tanış olduqda belə qısaltmalara rast gəlmək olar. Bu isə texnologiya istehsalçıları məhsullarının edə biləcəyi həddi göstərirlər. Bu o deməkdir ki, meqapiksel (MP) sayı nə qədər çox olarsa, gələcək təsvirlərin də çözümlülüyü o qədər yüksək ola bilər.

Beləliklə, təsvirin çözümlülüyü nə qədər yüksək olarsa, piksellər bir o qədər kiçik olur, yəni görüntünün keyfiyyəti və detallığı artır. Ancaq daha yüksək çözümlülüklü bir təsvir daha çox yer tələb edəcək. Hər piksel müəyyən bir məlumat saxladığından sayında artım olduğu üçün daha çox kompüter yaddaşı tələb olunur ki, bu da faylın həcminin böyüməsi deməkdir.

Təsvirlərin çözümlülüyü haqqında

Məsələn, 655 × 510 çözümlüklü təsvir olan şəkil 58 KB yer tutduğu halda, 5184 × 3456 çözümlüklü bir şəkil 6 MB tutacaqdır.

Beləliklə biz Təsvirlərin çözümlülüyü haqqında mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

EXIF rəqəmsal fotoqrafiya məlumatları

EXIF rəqəmsal fotoqrafiya məlumatları

Rəqəmsal fotoqrafiya kimi sadə görünən bir şey əslində o qədər də sadə deyil. Yalnız ən kiçik hissəciklərdən - piksellərdən ibarət deyil, həm də bir fotoşəkil içərisində böyük bir gizli məlumat yığını şifrələyə bilərsiniz. Sözdə metadatanı şifrələyən standart EXIF ​​(Dəyişdirilə bilən Şəkil Fayl Formatı) adlanır.