Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Frenk Rozenblat 1958-ci ildə perseptronu təklif etdikdən sonra intellekt mütəxəsisləri çalışırdılar ki, mürəkkəb görmə prosesini kompüterə də öyrətsinlər. Bu maşınlar dəyişmiş xarici şəraitdə belə nəinki əşyaları görmək, həm də onları tapmaq bacarığına, yəni gördüklərini başa düşmək “istedad” ına da malik olmalıdır. Adamlar bunun öhdəsindən asanlıqla gəlirlər; onlar tanış olduqları əşyaları müxtəlif məsafələrdən tanıyırlar.
Görmə sirrinin aşkar edilməsi
Bu bölmədə maşın görməsinin əsas aspektini-obrazları tanımaq aspektini nəzərdən keçirəcəyik. Tanımaq qabiliyyətli maşınlarımız olsaydı, onlara istehsalatda texniki nəzarəti və çeşidləməyi tapşırmaq olardı. Onlar həm də sünü peyklərin göndərdikləri təsvirləri interpretasiya edə bilər, hava və kənd təsarrüfatı sahələrinin vəziyyəti haqda məlumat verə bilərdilər. Hər hansı bir maşın görmə sistemi təsviri formalaşdırmağa, təhlil və interpretasiya etməyi bacarmalıdır. Təsvirin formalaşdırılması məsələsi çox asan həll olunur: komputer üçölçülü dünyanın hər hansı bir obyektinin səthindəki müxtəlif nöqtələrdən əks olunmuş işığın gücünün ölçülməsinin nəticələrini sistemin gözündən [telekamerasından] qəbul edir. Halbuki kompüter heç bir çətinlik çəkmədən aldığı məlumatı təsvirə çevirə bilər və ekran onu göstərə bilər, lakin bu, əşyanı tanımaq işində heç bir irəliləyiş verməz. Maşın obyektin rəngi, forması, səthi kimi xüsusiyyətlərini müəyyənləşdirərək yaddaşdakı informasiya ilə müqayisə edir. Maşın görməsində müqayisə ən mühüm ünsürdur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır