Portlar haqqında məlumat bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları və Kompüter resurslarından istifadə moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Portlar haqqında məlumat
Sistem blokunun arxa hissəsində hansı portlar mövcuddur?
- PS/2 portu
- Parallel port (IEEE 1284)
- Com-port
- VGA port.
- USB port
- LAN (RJ-45 portu)
- Audio port.
- HDMİ port
Bildiyimiz kimi portlar ya system lövhəsinin üzərində olur, ya dakı dolayı yolla sistem lövhəsinə bərkidilir.
Sistem lövhəsinin arxa panel əlaqələri
Sistem lövhəsinin arxa panel əlaqələrinin təyinatı
1-PS/2 Mouse girişi bütün sistem lövhələrində yaşıl rəngdədir;
2-PS/2 Klaviatura girişi bütün sistem lövhələrində bənövşəyi rəngdədir;
3—Vga portu. sistem lövhələsi üzərindəki ekran kartından gələn görüntü çıxışıdır. Monitorunuza görüntü verir. Təbii ki, 3 ölçülü oyunlar üçün zəif bir ekran kartıdır;
4-LPT paralel porttur. Bu portlara printer, faks, və s. cihazlar qoşulur;
5— COM ardıcıl portudur;
6-USB portları (Flash disk, USB hard disk, USB TV kartı, USB səs kartı və s. ) qısaca bütün USB cihazlarınızı bu portları istifadə edəcək kompüterinizə bağlaya bilərsiniz;
7- Lan (UTP) şəbəkə portu. İnternetə bağlana bilmək üçün sistem lövhələsi üzərində olan, modemdən gələn və ethernet kartına qoşulan kabel girişidir;
8-Audio port. Səs çıxışı və mikrofon girişidir. (mikrofon girişi bütün sistem lövhələrində qırmızı rəngdədir.). Kompüterinizdə musiqi dinləmək üçün, dinamikləri bu səs çıxışlarına taxmanız lazımdır.
9.High Definition Multimedia Interface (HDMI) — yüksək dəqiqlikli multimedialar üçün interfeys. Yüksək ayırdetmə dəqiqliyi ilə rəqəmsal video-məlumatların və çoxkanallı rəqəmsal audiosiqnalların nüsxələnmə müdafiəsi (ing. High Bandwidth Digital Copy Protection, High-bandwidth Digital Content Protection) ilə qəbulunu təmin edir. Görüntü+səs portu sayılır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır