Ana səhifə / KTƏ / Kompüterin əsas xarakteristikaları

Kompüterin əsas xarakteristikaları

Paylaşmaq!

Kompüterin əsas xarakteristikaları bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Kompüter Texnologiyasının Əsasları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Kompüterin əsas xarakteristikaları

Kompüterin əsas xarakteristikaları

Kompüterin əsas xarakteristikalarına nələr daxildir?

Kompüterin əsas xarakteristikalarına işləmə sürəti, yaddaş tutumu, hesablama dəqiqliyi, əmrlər sistemi, qiymətiiş etibarlılığı daxildir.

Kompüterin işləmə sürəti dedikdə nə başa düşülür?

Kompüterin işləmə sürəti prosessorun bir saniyədə yerinə yetirdiyi sadə əməliyyatların sayı ilə təyin olunur. Sadə əməliyyatlara toplama, göndərmə, müqayisə və s. aiddir. Kompüterin işləmə sürəti yaddaşın təşkilindən çox asılıdır. İnformasiyanın yaddaşdakı götürülməsinə sərf olunan vaxt işləmə sürətinə xeyli təsir edir. Qiymətindən, tətbiq sahəsindən və s. asılı olaraq işləmə sürəti saniyədə yüz minlərdən milyardlara qədər olan kompüterlər istehsal olunur.

Kompüterin əsas xarakteristikaları

Mürəkkəb məsələlərin həllində işləmə sürətini artırmaq üçün bir neçə  kompüter birləşdirilib, vahid komplekslərində istifadə olunur. Qeyd   edək   ki,  işləmə  sürəti   əsas  etibarı   ilə prosessordan     asılı olduğundan çox vaxt o, (pik sürəti) prosessorun meqaherslərlə ölçülən takt tezliyi ilə təyin olunur.

Kompüterin məhsuldarlığı nədir?

İşləmə sürəti ilə yanaşı çox vaxt məhsuldarlıq anlayışından da istifadə olunur. Məhsuldarlıq vahid zaman ərzində kompüterdə həll olunan məsələlərin orta sayı ilə təyin olunur. Məhsuldarlıq kompüterin işini bütövlükdə xarakterizə edir. Əgər işləmə sürəti əsasən kompüterin elementləri ilə əlaqəlidirsə, məhsuldarlıq kompüterin arxitekturası və həll olunan məsələlərin tipləri ilə bağlıdır.

Kompüterin əsas xarakteristikaları

Məhsuldarlıq prosessorun və daxiletmə-xaricetmə qurğularnın işləmə sürətlərindən, məsələlərin həll prosesinin gedişindən və s. asılıdır. Daxiletmə-xaricetmə əməliyyatlarının emal əməliyyatları ilə eyni vaxtda yerinə yetirilməsi ilə çoxproqramlıçoxprosessorlu rejimlərdən istifadə etməklə məhsuldarlığı artırmaq olar. Çoxprosessorlu sistemlərdə məhsuldarlıq xeyli artır.

Yaddaş tutumu (həcmi) dedikdə nə başa düşülür?

Yaddaş tutumu (həcmi) kompüterin yaddaşında saxlana bilən informasiyanın maksimum miqdarı ilə təyin olunur. Yaddaş tutumu baytlarla ölçülür. Yuxarıda qeyd etdiyimiz kimi, kompüterdə yaddaş 2 cür olur: daxili və xarici. Daxili (və ya əsas) yaddaşın tutumu müxtəlif kompüterlərdə müxtəlif olur və ünvanlaşdırma sistemi ilə təyin olunur.

Kompüterin əsas xarakteristikaları

Müasir kompüterlərdə daxili yaddaş standart tutuma malik olan modullardan təşkil olunduğundan, modulların sayını artırmaqla yaddaş tutumunu artırmaq olar. Müasir kompüterlərdə xarici yaddaş blok strukturuna və dəyişdirilə bilən konstruksiyaya malik olduğundan, onun tutumu praktik olaraq qeyri-məhdud olur.

Hesablama dəqiqliyi nədir?

Hesablama dəqiqliyi ədədlərin təsviri üçün istifadə olunan mərtəbələrin sayından asılıdır. Müasir kompüterlərdə 32 və ya 64 mərtəbəli prosessorlardan istifadə olunduğundan, kifayət qədər böyük dəqiqlik almağa imkan yaranır.

Kompüterin əsas xarakteristikaları

Bu azlıq etdikdə ikiqat və ya üçqat sayda mərtəbələrdən istifadə etməklə dəqiqliyi istənilən qədər artırmaq olar.

 Prosessorun Əmrlər sistemi nədir?

Əmrlər sistemi — prosessorun yerinə yetirə bildiyi əmrlər toplusudur. Əmrlər sistemi prosessorun hansı əməliyyatları yerinə yetirdiyini, əmrdəki operandların sayını, əmrin formatını təyin edir.

Kompüterin əsas xarakteristikaları

Əmrlər vasitəsilə kompüter toplama, çıxma, vurma, bölmə, müqayisə etmə, yaddaşa yazma, ədədi bir registrdən digərinə köçürmək və s. kimi əməliyyatları yerinə yetirir. Hesablamaların xüsusiyyətini nəzərə almaq üçün əmrlər modifikasiya oluna bilir. Modifikasiyaları nəzərə almaqla kompüterlərdə orta hesabla 100-ə qədər əmrdən istifadə olunur. Müasir kompüterlərdə əmrlər sisteminin formalaşmasında 2 üsuldan istifadə olunur. Birinci, ənənəvi üsul, tam dəstli (komplekt) əmrlərin icrası üçün prosessorun yaradılmasıdır. Buna kompüter texnikasında CISC (Complete Instruction Set Computer — tam dəstli əmrlər komplekti) arxitekturası deyilir. İkinci üsulda kompüter əsasən ən sadə və tez-tez istifadə olunan əmrləri yerinə yetirir və bununla da prosessor nisbətən sadələşir və işləmə sürəti artır. Buna RISC (Redused Instruction Set Computer- ixtisarlanmış dəstli əmrlər kompüteri) arxitekturası deyilir.

Kompüterin qiymətinə hansı amillər təsir edir?

Kompüterin əsas xarakteristikaları

Kompüterin qiyməti bir çox amildən, o cümlədən, işləmə sürətindən, yaddaş tutumundan, əmrlər sistemindən və s. asılıdır. Qiymətə həmçinin kompüterin tərkibi və ilk növbədə, xarici qurğuların sayı və çeşidi təsir edir. Proqram təminatı da kompüterin qiymətinə xeyli təsir edir.

Kompüterin iş etibarlığı dedidkə nə başa düşülür?

  Kompüterin iş etibarlığı — müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin öz xassələrini saxlamaq qabiliyyətidir. Kompüterin iş etibarlılığının göstəriciləri aşağıdakılardır:

  • müəyyən şərtlər daxilində və müəyyən vaxt müddəti ərzində kompüterin dayanmadan işləməsi ehtimalı;
  • nasazlıqların aşkarlanması və aradan qaldırılması;
  • kompüterin işinin bərpasına sərf olunan vaxt.

  Mürəkkəb struklura malik olan hesablama kompleksləri və sistemləri üçün «nasazlıq» şərti anlayışdır. Burada müəyyən elementin nasazlığı kompleksin (sistemin) işini dayandırmır, yalnız onun iş səmərəliyini azaldır.

Kompüterin əsas xarakteristikaları

  Kompüterin digər xarakteristikaları da, məsələn, universallığı, proqram uyğunluğu, çəkisi, ölçüləri, enerji sərfi və s. müəyyən əhəmiyyət kəsb edirlər. Onlar kompüterin konkret tətbiq sahəsini qiymətləndirərkən nəzərə alınır.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Kompüterin söndürülməsi

Kompüterin söndürülməsi

Windows həmişə kompüterin söndürülməsini (Turn off Computer; Завершения работы) düzgün yerinə yetirməyi təkid edir