Excel 2016 proqramında verilənlərin formatı bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
- 1 Excel 2016 proqramında verilənlərin formatı
- 1.1 Xanaya format təyin etmək üçün hansı lentin imkanlarından istifadə olunur?
- 1.2 Xanalara format təyin etmək üçün Excel 2016 proqramı hansı imkanlar təklif edir?
- 1.3 Number alətlər qrupu aşağıdakı formatları xanaya təyin etməyə imkan verir.
- 1.4 General-Общий formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?
- 1.5 Number-Числовой formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?
- 1.6 Text—Текстовой formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?
Excel 2016 proqramında verilənlərin formatı
Xanaya format təyin etmək üçün hansı lentin imkanlarından istifadə olunur?
Xanaya daxili format təyin etmək üçün Home-Главная lentinin imkanlarından istifadə olunur. Microsoft Excel 2016 proqramında formatlaşdırma verilənlərdən əvvəl və ya sonra aparıla bilər. Xanaya format təyin etmək çox asandır. İlk növbədə xana və ya xanalar diapazonu seçilməlidir.
Xanalara format təyin etmək üçün Excel 2016 proqramı hansı imkanlar təklif edir?
Bildiyimiz kimi Microsoft Excel 2016 proqramında formatlaşdırma verilənlərdən əvvəl və ya sonra aparıla bilər. Xanalara aşağıdakı formatlardan birini təyin etmək olar.
Məsələn: Ümumi format, rəqəm formatı, pul formatı, maliyyə formatı, tarix və vaxt formatı və sair. Bu əməliyyatı istər Home-Главная lentindəki Число-Number alətlər qrupunun elementlərinin köməyi ilə istərsə də Format cells- Формат ячеек dialoq pəncərəsinin köməyi ilə yerinə yetirmək olar.
Number alətlər qrupu aşağıdakı formatları xanaya təyin etməyə imkan verir.
- General-Общий-Ümumi
- Number-Числовой-Rəqəm
- Currency-Денежный-Pul
- Accounting-Финансовый-Maliyyə
- Short date-Краткий формат даты-Qısa tarix formatı
- Long date- Длинный формат даты- Uzun tarix formatı
- Time-Время-Vaxt formatı
- Percentage-Процентный-Faiz formatı
- Fraction-Дробный-Kəsr formatı
- Scientific-Экспоненциалный-Eksponensial format
- Text-Текстовый-Mətn formatı
General-Общий formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?
Qeyd etmək lazımdır ki, General-Общий formatının xanaya təyini zamanı Excel 2016 proqramı xanadakı veriləni ya mətn ya da ki, rəqəm kimi görür. Susmaya görə bu format xanaya əvvəlcədən təyin olunur.
Number-Числовой formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?
Qeyd etmək lazımdır ki, Number-Числовой formatının xanaya təyini zamanı Excel 2016 proqramı xanadakı veriləni onluq rəqəm kimi qəbul edir. Xanaya məsələn «4» rəqəmi yazdıqda və bu format təyin olunduqda onda «4,00» kimi görsənir. Bundan sonra həmin xanaya mətn daxil etmək olmaz.
Text—Текстовой formatı xanada hansı verilənləri daxil etməyə imkan verir?
Qeyd etmək lazımdır ki, Text—Текстовой formatının xanaya təyini zamanı Excel 2016 proqramı xanadakı veriləni mətn kimi görür. Yəni xanaya rəqəm daxil edildikdə belə o mətn kimi proqram tərəfindən qəbul olunur. Heç bir hesablaama əməliyyatı aparmaq olmur.
Beləliklə biz Excel 2016 proqramında verilənlərin formatı mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır