Ana səhifə / ŞÜİOR / Ulduz (Star) topologiyası

Ulduz (Star) topologiyası

Paylaşmaq!

Ulduz (Star) topologiyası bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar, Şəbəkə və şəbəkə resurslarından istifadə  moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Ulduz (Star) topologiyası

Ulduz (Star) topologiyası

Ulduzvari topologiyalı lokal şəbəkələr necə qurulur? 

Ulduzvari topologiyalı lokal şəbəkələr mərkəzi qovşaq üzərində qurulur. Hər bir kompüter mərkəzi qovşaq ilə ayrıca xətlə birləşdirilir. Kompüterlər arasında informasiya mübadiləsi mərkəzi qovşaq vasitəsi ilə həyata keçirilir.

Ulduz (Star) topologiyası

Mərkəzi qovşaq kimi hansı avadanlıqdan istifadə olunur?

Mərkəzi qovşaq kimi hab, kommutator və ya xüsusi server kompüteri istifadə oluna bilər. Ulduz (Star) topologiyası

Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhəti nədir?

Ulduz (Star) topologiyası

Ulduzvari topologiyalı lokal şəbəkələrin əsas üstün cəhətləri kompüterlərarası mübadilənin sadə olmasıdır.

Ulduzvari topologiyalı lokal şəbəkələrin çatışmayan cəhəti nədir?

Bu şəbəkələrin çatışmayan cəhəti isə şəbəkənin etibarlılığının mərkəzi qovşağın etibarlılığından asılı olmasıdır. Ulduzvari topologiyalı lokal şəbəkəyə nümunə olaraq Ethernet 10 BASE-T, 100 BASE-T şəbəkələrini göstərmək olar. Burada 10 və 100 — şəbəkənin sürətini (Mbit/san) göstərir.

Ulduz (Star) topologiyası

Beləliklə biz Ulduz (Star) topologiyası mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif: Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi

Veb səyahət tarixçəsi və onun silinməsi bugün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, …