Piktoqramların təhlili haqqında bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Hesablama Əməliyyatları moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Hesablama Əməliyyatları modulu ilə bağlı mövzular Hesablama Əməliyyatları kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Piktoqramların təhlili haqqında
Piktoqramlar nə üçün nəzərdə tutulub?
Bəzi məsələlər olur ki, onların verilmə metodu bildiyimiz məsələ formasında deyil, müəyyən şəkil əsasında verilir. Bu tip məsələlər, əsasən, intellekti zəif olan mühitdə diqqətin toplanmasına xidmət edir.
Yəni, tədrisçi zəif və ya orta səviyyəli qruplarda tədrisin keyfiyyətini yüksəltmək üçün müəyyən karikatura tipli şəkilləri özündə saxlayan məsələlər toplusu yaradır. Bu tipli piktoqramlar hamının diqqətini cəlb edir və bu yolla tədrisin daha maraqlı olması təmin edilir.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır