Şəbəkədəki kompüterin rollarına görə şəbəkə qrupları bu gün ki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Şəbəkə və ümumi istifadə olan resurslar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Şəbəkədəki kompüterin rollarına görə şəbəkə qrupları
Yerli şəbəkələrin hansı növlərindən istifadə olunur?
Yerli şəbəkələrin müxtəlif növləri olsa da, onlardan ikisindən daha çox istifadə olunur:
1.“muştəri-qulluqcu” şəbəkəsi
2.“tay-tuşlar” şəbəkəsi
“Muştəri-qulluqcu” şəbəkəsi nə üçün nəzərdə tutulub?
“Muştəri-qulluqcu”, yaxud “muştəri-server” şəbəkəsi [client-server network]. Bu növ yerli şəbəkədə iş stansiyalarının və serverin imkanlarından maksimum istifadə etmək məqsədilə idarəetmə onlar arasında paylanır.
Bu arxitekturada tətbiqi proqramın işlənməsi müştəri və server kompüterləri arasında bölüşdürülür. Meynfreymlərə əsaslanan çoxistifadəçi sistemlərin “lal” terminallarından fərqli olaraq, “müştəri-server” arxitekturasına əsaslanan şəbəkədə müştərilər üçün fərdi komputerlər olur. Server kimi digər fərdi komputerdən, minikomputerdən və ya meynfreymdən istifadə edilə bilər.
Server müştəriyə çoxistifadəçi mühitində işləməyin ənənəvi üstünlüklərini–verilənlərin idarə edilməsi, informasiya ilə kollektiv işləmək, verilənlərin şəbəkə administrasiyası və onların qorunma imkanlarını verir. Özündən əvvəlki arxitekturalardan (meynfreym və fayl serveri) fərqli olaraq “müştəri-server” arxitekturasında proqram təminatından server və iş stansiyaları birgə istifadə edirlər.
“Tay-tuşlar” şəbəkəsi [peer to peer network] haqqında məlumat
Bu növ arxitekturalı şəbəkədə bütün komputerlər eyni dərəcəlidir. Burada heç bir komputer server kimi ayrılmır.
Şəbəkədə olan istifadəçilər komputerlərində olan fayllardan hansılarını digər istifadəçilər ilə paylaşmalarını özləri müəyyənləşdirir. Bu növ şəbəkələri quraşdırmaq və idarə etmək çox asandır. Kiçik ofislərin çoxunda “tay-tuşlar” şəbəkəsindən istifadə olunur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır