Gözləri qorumaq üçün nələr etmək lazımdır? bugün ki, elektron və video dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri İş şəraitində əməyin təhlükəsizliyi və sağlamlıq qaydaları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.
Məqalənin mündəricatı
Gözləri qorumaq üçün nələr etmək lazımdır?
Kompüter qarşısında uzun müddət işləmək gözlərə də təsir edir. Gözlər bir nöqtəyə zillənib qalır və tənbəlləşir, daha az qırpılır, bu da gözləri qurudur. Qızarma, qaşınma, yaşarma, ağrı kimi problemlər yaranır. Kompüterlə 4-6 saatdan çox təmasda olmaq xüsusilə gözdə problemləri olanlar üçün təhlükəlidir. Ona görə də, müəyyən fasilə vermək lazımdır. Astiqmatizm xəstəliyi olanlar isə daha çox diqqətli olmalıdır. Kompüterin gözə və görmə qabiliyyətinə bu kimi mənfi təsirlərinin geniş yayılması oftalmologiyada yeni bir terminin əmələ gəlməsinə gətirib çıxarmışdır – “kompüter görmə sindromu” (və ya “yorğun gözlər sindromu”).
Kompüterin gözə mənfi təsirinin səbəbi nədir?
Ətrafımızdakı real əşyalardan və kağız üzərindəki yazılardan fərqli olaraq, monitordakı görüntü ayrı-ayrı işıqlanan və sayrışan nöqtələrdən ibarətdir. Üstəlik, bu qeyri-təbii görüntüyə uyğunlaşan baxışlarımızı biz tez-tez ekrandan klaviaturaya, sənədlərdəki yazılara və yenə də ekrana yönəldirik. Bu kimi iş rejimi gözlərin artıq yüklənməsi, göz zəifliyinin əmələ gəlməsi və ya artmasına gətirir. Beləliklə, görmə qabiliyyətinin pisləşməsi iş vaxtını kompüter qarşısında keçirənlərin ümumi probleminə çevrilir.
Nə edə bilərik?
Əslində, kompüter qarşısında 3-4 saatdan artıq qalmamalıyıq və hər saatdan bir 20 dəqiqəlik fasilə etməliyik. Əlbəttə, bu çox vaxt mümkün olmur. Ancaq çalışmalıyıq ki , imkan olduğu qədər bu şərtlərə əməl edək. Bundan başqa iş yerinizdə kompüteri elə yerləşdirin ki, pəncərənin işığı monitorun yan tərəfinə düşsün. Ekran üzərinə istər təbii günəş işığının, istərsə də tavan və ya stolüstü lampaların işıqlarının düşməsi parıltı əmələ gətirir. Belə halda monitordakı görüntünün izlənilməsi gözə əlavə gərginlik hesabına başa gəlir. Otaq nə çox işıqlı, nə də qaranlıq olmalıdır, optimal variant – yayılmış sönük işıqdır. Monitorun parlaqlığı otağın işıqlanmasına uyğun olmalıdır.
Onu düzgün tənzimləmək üçün ekranda istənilən ağ rəngli görüntüyə nəzər salın, məsələn, Word sənədinin ağ səhifəsinə. Bu səhifə işıqlanan lampanı xatırladırsa, parlaqlıq azaldılmalıdır. Əksinə, səhifə tutqun və boz görünürsə, parlaqlığı artırın. Bundan sonra kontrastlığı tənzimləyin – adətən daha kontrast görüntü daha məsləhətlidir.
Monitor gözdən 60-70- sm uzaq olmalıdır. Həkimin məsləhəti ilə qoruyucu eynəklərdən və damcılardan istifadə etmək olar Mütəxəssislərin dediyinə görə, kompüterin yaratdığı təsir gözdə qalıcı problemlərə səbəb olmur.
Beləliklə biz Gözləri qorumaq üçün nələr etmək lazımdır? mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır