Ana səhifə / Sahibkarlıq modulu / Biznes planın qiymətləndirilməsi

Biznes planın qiymətləndirilməsi

Paylaşmaq!

Biznes planın qiymətləndirilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Biznes planın qiymətləndirilməsi

Biznes planın qiymətləndirilməsi

Biznes planınızın qiymətləndirmə prosesi neçə hissədən ibarətdir ?

Biznes planınızın qiymətləndirmə prosesi iki hissədən ibarətdir.

1.Qiymətləndirmə üçün tərtib olunan sualları cavablandırmaq ;

2.Cavabların sayını hesablamaq;

3.Hesablamanın nəticəsinə uyğun qərar vermək.

4.Birinci hissədə qiymətləndirmə üçün tərtib olunan suallar siyahısı ilə tanış olun. “Bəli” və “Xeyr” cavablarını qeyd edin. Cavab verməkdə çətinlik çəksəniz “xeyr” cavabını seçin:

Biznes planın qiymətləndirilməsiBiznes planın qiymətləndirilməsiBiznes planın qiymətləndirilməsi

Bütün suallara cavab verdikdən və mənfi cavabların sayını hesabladıqdan sonra aşağıda verilən göstəricilərlə müqayisə edin. Bu müqayisənin nəticələri öz işinizi yaratmaq üçün sizin nə dərəcədə hazırlıqlı olduğunuzu öyrənməyə kömək edəcək.

“Bəli” cavablarının sayı

30 – Siz yaxşı hazırlaşmısınız və davam edərək öz işinizi yarada bilərsiniz.

20-29 — Siz “Xeyr” cavabı verdiyiniz suallara qayıtmalı və bütün suallara səmimi şəkildə “bəli” cavabı verənədək bir daha lazımi mərhələləri keçməlisiniz.

10-19 — Bu şərtlər altında müəssisə yaratmaqla böyük risk edirsiniz , yaxşısı budur dayanın və biznes planın tərtibi ilə işə yenidən başlayın. Ola bilsin siz ümumiyyətlə biznes ideyanızı bir kənara qoyub yenisini axtarmalısınız.

0-9 Bu cür nəticə ilə özəl biznesə başlamaq qeyri-mümkündür. Ya sizə başqa biznes ideya lazımdır, ya da əgər siz həqiqətən də sahibkar olmağa niyyətlisinizsə, öz bilik və bacarıqlarınızın səviyyəsini artırmalısınız.

Əgər hələ qəbul edilməmiş qərarlar və cavabsız suallar varsa, biznes plan üzərində işləməyə davam edin. Kifayət qədər hazır olmadan işinizi açarsanız uğursuzluqla üzləşə bilərsiniz. Əgər bütün 30 suala “bəli” cavabı vermişsinizsə , özəl müəssisənizi açmaq haqqında qərar qəbul edə bilərsiniz.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.