Məhsulun və xidmətin sertifikatlaşdırılması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Məhsulun və xidmətin sertifikatlaşdırılması
Sertifikatlaşdırılma nədir?
Sertifikatlaşdırma latın sözü olub “düzgün edilmişdir” mənasını ifadə edir. Bu termin ilk dəfə Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Sertifikatlaşdırma məsələləri üzrə komitəsi (SERTİCO) tərəfindən formalaşdırılmışdır.
Sertifikatlaşdırma məmulatın və ya xidmətin müəyyən standartlara və ya normativ sənədlərə uyğunluğunun sertifikat və ya uyğunluq nişanı vasitəsi ilə təsdiqlənməsidir.
Sertifikatlaşdırılmanın əsas məqsədi nədir?
Sertifikatlaşdırmanın əsas məqsədi əhalinin həyatı, sağlamlığı, əmlak və ətraf mühit üçün təhlükəli olan məhsulun buraxılmasının və satışının qarşısının alınması, istehlakçılara məhsulun səriştəli seçilməsində kömək edilməsi, müəssisələrin və sahibkarların beynəlxalq iqtisadi, elmi-texniki əməkdaşlıqda və beynəlxalq ticarətdə iştirakı üçün şərait yaradılmasından ibarətdir.
Sertifikatlaşdırılma prosesinin aparılması qaydaları necədir?
- Sertifikatlaşdırma üçün sifarişin verilməsi və bu sifarişin baxılması;
- Müqavilənin bağlanması;
- Formaların doldurulması və istehsalın/emalın təsvir olunduğu sənədlərin çatdırılması;
Sertifikatlaşdırmanın hansı növləri var?
- Uyğunluğun sertifikatlaşdırılması
- Məcburi sertifikatlaşdırma
- Könüllü sertifikatlaşdırma
Sertifikatlaşdırma prosesi hansı mərhələdən təşkil olunmuşdur?
1.Sertifikatlaşdırma üçün sifarişin verilməsi və bu sifarişin baxılması; Sifariş, sertifikatlaşdırma üzrə orqanın nəzarət sisteminə qəbul üçün müraciət formasıdır. Məhz sifarişin sertifikatlaşdırma üzrə orqanda qeydiyyatdan keçdiyi gün sertifikatlaşdırma proseduru başlanmış hesab edilir.
2.Müqavilənin bağlanması; Sertifikatlaşdırma zamanı Sifarişçi, sonradan sertifikatın verilməsi üzrə qərar qəbul edəcək sertifikatlaşdırma orqanı (“AZSERTCENTER” MMC) ilə müqavilə imzalayır. Müqavilə eyni hüquqi qüvvəyə malik iki nüsxədə tərtib edilir. Biri Sifarişçidə, digəri isə sertifikatlaşdırma üzrə orqanda (“AZSERTCENTER” MMC) qalır.
3.Formaların doldurulması və istehsalın/emalın təsvir olunduğu sənədlərin çatdırılması; Sifarişçi məhsulun istehsalında tətbiq olunan bütün prosesləri və metodları əks etdirən sənədləri tədqim edir və müvafiq formaları doldurur. Prosedurun xüsusiyyətlərindən biri də odur ki, bütün lazımi sənədlər əvvəlcədən müəyyən olunmuş müddətdə təqdim olunmalıdır. Təqdim olunmuş məlumatların uyğunluğunun və tamlığının yoxlanılması məqsədilə sertifikatlaşdırma üzrə orqan sənədlərin dövri qiymətləndirməsini aparır. Qiymətləndirmə zamanı mənfi nəticə əldə olunan halda Sifarişçiyə bütün çatışmazlıqlar və uyğunsuzluqlar barədə məlumat verilir və onları düzəldib yekun sənədləri təqdim etməsi üçün imkan yaradılır. Sertifikatlaşdırma prosesi dövlətimiz tərəfindən yaradılmış hüquqi-normativ baza əsasında aparılır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır