Ana səhifə / Sahibkarlıq modulu / Vergi hüququ haqqında

Vergi hüququ haqqında

Paylaşmaq!

Vergi hüququ haqqında bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Vergi hüququ haqqında

Vergi hüququ haqqında

Vergi nədir?

Vergi hüququ haqqında

Vergi — dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.

Azərbaycan Respublikasında hansı vergilər ödənilir?

  1. 1. Dövlət vergiləri
  2. Yerli vergilər (bələdiyyə vergiləri)

Dövlət vergilərinə aşağıdakilar aiddir:

  • fiziki şəxslərin gəlir vergisi;
  • aksizlər;
  • hüquqi şəxslərin əmlak vergisi;
  • yol vergisi;
  • mədən vergisi;
  • sadələşdirilmiş vergi.

Yerli vergilər ( bələdiyyə vergiləri) aşağıdakılardır:

  • Fiziki şəxslərin torpaq vergisi;
  • Fiziki şəxslərin əmlak vergisi;
  • Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
  • Bələdiyyə mülkiyyətində olan müəssisə təşkilatların mənfəət vergisi.

Sadələşdirilmiş verginin dərəcəsi qədərdir?

Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən ( ümumi hasilatın həcmindən) və satışdankənar gəlirdən aşağıdakı dərəcə ilə hesablanır:

1.Bakı şəhərində — 4 faiz

2.digər şəhər rayonlarda, Naxçıvan MR-da — 2 faiz.

Sadələşdirilmiş vergi rüblük olaraq hesablanır və ödənilir. Hazırda mövcud qaylara uyğun olaraq il ərzində 4 dəfə hesabat verilir və vergi ödənilir.

ƏDV neçə faizlə tutulur?

Vergi hüququ haqqında

Əlavə dəyər vergisi ( ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə verilən hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir.

ƏDV –nin dərəcəsi hər vergi tutulan əməliyyatın və hər vergi tutulan idxalın dəyərinin 18 faizidir.

Torpaq vergisinin ödəyiciləri kimlərdir?

Vergi hüququ haqqında

Torpaq vergisi. Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər müəssisələr torpaq vergisinin ödəyiciləridir.

Əmlak vergisi dedikdə nəzərdə tutulur?

Vergi hüququ haqqında

Müəssisənin əmlak vergisi dedikdə müəssisənin balansında olan əsas vəsaitlərə görə hesalanıb ödənilən vergi başa düşülür. Əmlak vergisinin dərəcəsi – müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

VÖEN nədir?

Vergi hüququ haqqında

Fiziki şəxsin vergi uçotuna alınması  yəni 10 rəqəmli vergi ödəyicilərinin eyniləşmə nömrəsi (VÖEN) Nəzarət Kitabçası verilir. Fiziki şəxsin vergi uçotuna alınması “Asan İmza” Sim-kart üzrə Sertifikatların verilməsi qaydaları haqqında www.taxes.gov.az İnternet səhifəsində daha ətraflı məlumat almaq mümkündür.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.