Müəssisənin qeydiyyatı bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Müəssisənin qeydiyyatı
Müəssisənin qeydiyyatı deyəndə nə başa düşürsünüz?
Müəssisənin rəsmi qeydiyyatdan keçməsi, onun adının xüsusi reyestrə, yəni siyahıya salınmasını nəzərdə tutur. Azərbaycan Respublikasında 2008-ci il yanvarın 1-dən etibarən müəssisələrin dövlət qeydiyyatı “Bir pəncərə” sistemi vasitəsilə həyata keçirilir.
Fiziki şəxs kimi qeydiyyatdan keçmək üçün hansı sənədlər lazımdır?
Son illərin təcrübəsi göstərir ki, müəssisənin qeydiyyatdan keçirilməsi üçün ən sadə yol “Asan xidmət” məntəqələrində qeydiyyatdan keçməkdir.
Fiziki şəxslər “Asan xidmət” məntəqələrində vergi orqanlar qeydiyyata alınması üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Fiziki şəxsin sahibkarlıq uçotu haqqında ərizə;
- Fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti;
Hüquqi şəxslərin qeydiyyata alınması necə aparılır?
Hüquqi şəxslərin qeydiyyata alınması və bu zaman tələb olunan sənədlər haqqında daha ətraflı məlumatları http://www.asan.gov.az/az/category/asan-xidmetler internet səhifəsindən əldə edə bilərsiniz. Həmçinin, müəssisələrin qeydiyyatdan keçirilməsi üçün tələb edilən sənədlərin siyahısı və qeydiyyatdan keçmə prosedurları ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin www. taxes. gov. az İnternet portalında tanış ola bilərsiniz.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır