Ana səhifə / Sahibkarlıq modulu / Riskin növləri haqqında

Riskin növləri haqqında

Paylaşmaq!

Sahibkarlıq qərarların qəbul edilməsi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Riskin növləri haqqında

Riskin növləri haqqında

Risk nədir?

Riskin növləri haqqında

Risk bazar fəaliyyətinin ayrılmaz atributudur. Risk ziyanın baş verməsi ya proqnozlaşdırılan variantda gəlirlərin azalması ehtimalıdır. Riskin güclənməsi – bu azad sahibkarlığın əks tərəfidir. Sahibkar riskin qaçılmazlığı ilə barışmağa, onu proqnoz-laşdırmağa, qiymətlindirməyə və mümküm hüdudlarını keçməməyə məcbur olur.

Riskin hansı növləri var?

1.İstehsal riski

2.Kommersiya riski

3.Maliyyə riskləri

4.Sahibkar riski

İstehsal riski  nədir?

Riskin növləri haqqında

İstehsal riski məhsul, mal, xidmət istehsalı ilə, istənilən növ istehsal fəaliyyətin həyata keçirilməsi ilə bağlıdır. İstehsal həcmlərinin azaldılması, material və başqa xərclərin artımı, yüksək faizlərin, ayırmaların, vergilərin ödənilməsi və s. belə riskin meydana çıxmasının səbəbləridir.

Kommersiya riski nə vaxt meydana çıxır?

Riskin növləri haqqında

Kommersiya riski sahibkarin istehsal etdiyi və tədarük etdiyi malların və xidmətlərin satılması prosesində meydana çıxır.

Maliyyə riskləri nə vaxt meydana çıxır?

Riskin növləri haqqında

Müəssisələrin banklarla və başqa maliyyə institutları və əlaqə sferasında meydana çıxan maliyyə riskləri xüsusilə vacibdir.

Sahibkar riski nədir?

Riskin növləri haqqında

Burada sahibkar riski xüsusi əhəmiyyət kəşb edir. Sahibkarlıq riskinin mənbələri və səbəbləri müxtəlif olur. Meydana çıxma mənbələrinə görə risk təsərrüfat, insan şəxsiyyəti ilə bağlı, təbii amillərlə şərtlənən risklərə ayrılır.

Baş vermə səbəblərinə görə riski gələcəyin qeyri-müəyyənliyinin, tərəfdaşın davranışının qabaqcadan bilinməməsinin, informasiya çatışmazlığının nəticəsi olan risklərə ayırmaq məqsədəuyğundur.
Bütün bu hallarda risk məlum mənadə, nə olursa olsun, qərarın informasiya təminatının vəziyyəti ilə bağlıdır. Risk , bir qayda olaraq, müəyyən itkilər ehtimalı kimi ölçülür. Hər bir sahibkar özü üçün məqbul risk dərəcəsi təyin edir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.