Tədarük planının hazırlanması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Tədarük planının hazırlanması
Tədarük planı nədir?
Tədarük planı biznes planın tərkib hissələridir. Yadda saxlamaq lazımdır ki, burada yeni məhsul yaradılması prosesində istifadə olunan xammal ilə bağlı məsələlər öz əksini tapır.
Tədarük planı neçə formada olur?
- Xidmət istehsalçıları və satıcıları üçün
- Topdan və pərakəndə ticarətçilər üçün
Qeyd edək ki, istehsal və tədarük planı da aylıq olaraq tərtib edilir.
İstehsalla məşğul olan sahibkarlar üçün Tədarük qiyməti necə hesablanılır?
Lazım olan məhsulun (xidmətin) ümumi miqdarı x Məhsul vahidinin dəyəri (aldığımız qiymət) = Tədarük Qiyməti
Bu düstur, əsasən istehsalla məşğul olan sahibkarlar üçün nəzərdə tutulub.
Aşağıda verilmiş istehsal (tədarük) planında hər ay bişiriləcək çörəyə nə qədər un və onun tədarük qiyməti qeyd olunub. Eyni formada, duz və yağın tədarük qiymətini hesablamaq olar.
Topdan və pərakəndə ticarətlə məşğul olan sahibkarlar üçün tədarük qiyməti necə hesablanılır?
Aldığımız məhsulun (xidmətin) ümumi miqdarı x Məhsul vahidinin dəyəri (aldığımız qiymət) = Tədarük Qiyməti
Aşağıdakı cədvəldə tədarük qiymətinin müəyyən edilməsi qaydası göstərilir. İdman malları satışı ilə məşğul olan “X” adlı şirkət tədarük planı tərtib edir. O proqnoz verir ki, 1 ayda 40 top sata biləcək buna görə də ona 1-ci ay üzrə lazım olan (alacağı) məhsulun, yəni topun miqdarı 40 ədəddir. 1 topun alınması üçün lazım olan məbləğ isə 4 AZN-dir. Deməli burada birinci ay üzrə tədarük qiyməti 160 AZN olacaqdır.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır