Satış həcminin proqnozlaşdırılması bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Satış həcminin proqnozlaşdırılması
Satış planını nə üçün tərtib etmək lazımdır?
Satış planı biznes planın vacib olan hissələrindən biridir. Nə üçün o vacib hesab olunur? Çünki hər bir sahibkar bilməlidir o, hər ay , hər il nə qədər mal və ya xidmət sata bilər . Marketinq araşdırmalar planını hazırladıqdan sonra siz 12 aylıq Satış planını tərtib edə bilərsiniz.
Hansı üsuldan istifadə etməklə satış həcmini hesablamaq olar?
Üç əsas üsuldan istifadə etməklə satış həcmini hesablamaq olar. Bu üsullar aşağıdakılardır:
- Oxşar müəssisə ilə müqayisə etmə
- Bazar təcrübəsini nəzərə almaq
- İlkin sifarişlərin artmasını nəzarətdə saxlamaq
Satış həcmi hansı düsturla hesablanır?
Siz resurslarınızı oxşar müəssisənin resursları ilə müqayisə etsəniz, satış planınızı asanlıqla tərtib etmiş olarsınız. İlkin sifarişləri qəbul edib, onların uçotunu aparsanız, satışların artan istiqamətdə gedib — getmədiyini öyrənə bilərsiniz. Həmçinin nə qədər mal və xidmət sata biləcəyinizi, öyrənmək üçün məhsul və xidmətlərinizi kiçik miqyasda bazar təcrübəsinə əsaslanaraq sınaq — satışını təşkil edin. Bundan sonra, siz əminliklə, satış planınızı tərtib edə biləcəksiniz. Satış həcmi pul vahidi (manat) ilə ifadə olunur və aşağıdakı düsturla hesablanır.
Satacağınız məhsulun (xidmətin) ümumi miqdarı x Satılan məhsul vahidinin dəyəri=Satış Həcmi
Satılan məhsul vahidinin dəyəri nədir?
Satılan məhsul vahidinin dəyəri — satacağınız məhsul və ya xidmətin son qiymətidir. Yəni, artıq, maya dəyərini hesabladıqdan sonra dəqiq müəyyən etdiyiniz qiymətdir.
Satış həcminin müəyyən edilməsi
Aşağıdakı cədvəldə, satış həcminin müəyyən edilməsi qaydası göstərilir: Xırdabuynuzlu ətlik heyvandarlıq məhsullarının satışı ilə məşğul olan “X” adlı kənd təsərrüfatı müəssisəsi satış planı tərtib edir. Onun 1-ci ay üzrə satacağı məhsulun miqdarı 20 ədəd, qiyməti isə 80 AZN-dir. Deməli burada birinci ay üzrə satışın həcmi 1600 AZN olacaqdır.
Satış Planının hazırlanması zamanı, diqqətli olun. Satacağınız məhsulun zamana, mövcud situasiyaya, fəsillərə və sairə görə, artıb — azalma ehtimallarını öncədən düşünün. Bunun proqnozunu, daha real şəkildə göstərə bilərsiniz.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır