Marketinq araşdırmaları planının tərtib olunması: Məhsul, qiymət, yerləşdiyi yer, irəliləyiş. bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
- 1 Marketinq araşdırmaları planının tərtib olunması
- 1.1 Marketinq planını hazırlamaq üçün hansı üsul mövcuddur?
- 1.2 Marketinq planının “Məhsul” bölməsində hansı məsələlər öz əksini tapmalıdır?
- 1.3 Marketinq planının “Qiymət” bölməsində hansı məsələlər öz əksini tapır?
- 1.4 Marketinq planının “Yerləşdiyi yer” bölməsində hansı məsələlər öz əksini tapır?
- 1.5 Marketinq planının “Məhsulun bazarda irəliləyişi” bölməsində hansı məsələlər öz əksini tapır?
Marketinq araşdırmaları planının tərtib olunması
Marketinq planını hazırlamaq üçün hansı üsul mövcuddur?
Marketinq planını hazırlamaq üçün 4P modeli bu üsullardan biridir.
1.Product (məhsul), artıq burada siz, müştəriyə satılacaq mal və ya xidməti müəyyən edirsiniz.
2.Price (qiymət), müştəridən məhsul və ya xidmətə görə tələb edilən məbləği müəyyən edirsiniz.
3.Place (yer), müəssisənin yerləşdiyi yeri düzgün müəyyən edirsiniz.
4.Promotion (irəliləyiş). məhsul və ya xidmət haqqında istehlakçıların məlumatlandırılması.
Marketinq planının “Məhsul” bölməsində hansı məsələlər öz əksini tapmalıdır?
- Məhsulun brendi: adı, nişanı, stili
- Məhsulun təyinatı: məhsulun və ya xidmətin zəruri və unikal (fərqli) xüsusiyyətləri
- Məhsulun keyfiyyəti: bu zaman məhsulun keyfiyyətinə bazarın hədəf qrupunun nöqteyi- nəzərindən yanaşmaq lazımdır
- Məhsulun xarici görünüşü: dizaynı, qablaşdırılması
- Məhsulun çeşid sırası
- Satışdan sonraki servisinin səviyyəsi.
Marketinq planının “Qiymət” bölməsində hansı məsələlər öz əksini tapır?
- Bazara daxil olmaq üçün qiymət strategiyası
- Pərakəndə satış qiyməti
- Eyni zamanda bir neçə məhsul alıcıları üçün xüsusi qiymətlər paketinin müəyyən edilməsi
- Mövsümi qiymət endirimləri
- Nümayiş aksiyaları üçün güzəştli qiymət kampaniyaları.
Marketinq planının “Yerləşdiyi yer” bölməsində hansı məsələlər öz əksini tapır?
- Məhsulu coğrafi cəhətdən hansı bazarlarda satmaq istəyirsiniz;
- Məhsulu hansı kanallar vasitəsilə satacaqsınız;
- Hansı satış şərtlərini müəyyən edəcəksiniz (güzəştlər və bonuslar, minimal və maksimal partiyaların həcmi və s.)
Marketinq planının “Məhsulun bazarda irəliləyişi” bölməsində hansı məsələlər öz əksini tapır?
- Reklamın bütün növləri
- İctimaiyyətlə əlaqələr
- Güzəştli satış kampaniyası
- Dequstasiya və s.
Bu fəaliyyətlərin nəticəsində müştəri məmnun olmalı, siz isə mənfəət əldə etməlisiniz. Qeyd etmək lazımdır ki, göstərilmiş 4 faktor: məhsul, onun qiyməti, satış yolları və irəliləyiş üsullarına vahid tam kimi baxılmalıdır. Lakin yaddan çıxarmayın ki, biznesdə birinci yerdə həmişə müştəri durur.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır