Ana səhifə / Sahibkarlıq modulu / Biznes planın strukturu və tərkibi

Biznes planın strukturu və tərkibi

Paylaşmaq!

Biznes-plan nədir? Biznes planın strukturu və tərkibi bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.

Biznes-plan nədir? Biznes planın strukturu və tərkibi

Biznes planın strukturu və tərkibi

Biznes nədir?

Biznes planın strukturu və tərkibi

Terminologiya lüğətlərində biznesgəlir əldə etməyə yönəldilmiş iqtisadi fəaliyyətkimi izah edilir, yəni bizneslə məşğul olmaq, gəlir əldə etmək deməkdir. Biznesin məqsədi isə gəlir əldə etməkdir.

Biznes plan nədir?

Biznes planın strukturu və tərkibi

Görüləcək işin ideyasından, məqsədindən və bu ideyanın, məqsədin həyata keçirilməsindən, təşkilindən ibarət olan plana biznes plan deyilir.

Biznes planın tərtib edilməsi nə üçün əhəmiyyətilidir?

  • Biznes plan – biznesin, yəni gəlir əldə etməyin idarə olunmasının əsaslarını hazırlamaqda istifadə edilə bilər.
  • Biznes plan elə bir alətdir ki, adamı onun köməkliyi ilə təsərrüfatın müəyyən dövr ərzində faktiki fəaliyyətinin nəticələrini qiymətləndirə bilər.
  • Biznes plan – təsərrüfatın inkişafına pul vəsaitinin cəlb edilməsinin, “tapılmasının vasitəsidir.

Biznes plan hansı bölmələrdən ibarətdir?

  • Xülasə
  • Müəssisənin təsviri.
  • Məhsul xidmətlər.
  • Marketinq planı.
  • İstehsal planı.
  • Müəssisənin strukturu idarəetmə.
  • Kapital müəssisənin təşkilati-hüquqi forması.
  • Maliyyə planı.

Biznes plan vaxt yazılır?

Biznes planın strukturu və tərkibi

1.maliyyə vəsaitlərini cəlb etmək üçün;

2.müəssisəni idarə etmək üçün;

3.maraqlı tərəflərlə daha dəqiq əlaqələr qurmaq üçün;

4.bizneslə məşğul olmaq qərarı qəbul edildikdən sonra;

5.müəssisənin yaradılmasına başlamazdan əvvəl;

6.müəssisəni təzələmək ehtiyacı yarandıqda.

Biznes planı kim yazır?

Biznes planın strukturu və tərkibi

Hər bir iş adamı üçün əvvəlcədən biznes planın tərtib edilməsi olduqca vacibdir və əksinə, bunsuz işə başlamaq kompassız okeana çıxmağa və tanımadığın bir ölkəyə xəritəsiz səyahətə getməyə  bənzəyir.

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

İşin başlanğıcının təşkil edilməsi

İşin başlanğıcının təşkil edilməsi

Uğurlu biznes yolunda ən son mərhələ - ilk iş günündə məhsul və xidmətlərin satış planının tərtibidir. Kağız üzərində uğurlu plan tərtib etmək bir işdirsə, müştərilərə xidmət etmək və onları razı salmaq başqa işdir. İşinizin ilk günü, sözsüz ki, sizin üçün əlamətdardır, lakin müştəri müvafiq xidmət görmək istəyir.