Ana səhifə / Adobe Fhotoshop / Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

Paylaşmaq!

Adobe Photoshop-da pəncərə ilə iş bugünkü, elektron  dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Dizayn Proqramları moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

Adobe Photoshop-da pəncərə nədir?

Bildiyimiz proqramda açılan istənilən fayl bir pəncərə kimi açılır. Digər faylı da açdıqda yanında növbəti pəncərə açılır. Beləliklə xeyli sayda pəncərələrlə işləmək imkanı yaranır. Faylın bu şəkildə açılması bizə bəzi üstünlüklər verir. Belə ki, bir pəncərədən digərinə keçid asanlaşır.

Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

İkinci isə onu zövqümüzə uyğun istənilən yerdə yerləşdirmək imkanımız olur. Hansı pəncərənin aktiv olduğunu bilmək üçün onun sadəcə rənginə fikir vermək lazımdır. Aktiv olan pəncərə daha parlaq rənglə boyanır. Digər pəncərələr isə tünd boz rənglə boyanır. Təbii ki, proqramın versiyasından asılı olaraq bu başqa rəngdə də ola bilər. Amma iş prinsipi olduğu kimi qalır.

Adobe Photoshop proqramında pəncərələri hansı üsullarla bağlamaq olar?

Üsul 1. Bunun üçün sadəcə pəncərə kənarında olan x düyməsi üzərində siçanının sol düyməsi ilə bir dəfə klik edirik. Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları Üsul 2. Siçanın sağ düyməsi pəncərənin başlıq sətri üzərində vurulur. Açılan konteks menyudan Закрыть sətri seçilir. Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları Üsul 3. Pəncərəni bağlamaq üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə W hərfi vurulmalıdır. Bu zaman aktiv olan pəncərə bağlanacaqdır. Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

Üsul 4. Bütün pəncərələri bağlamaq üçün klaviaturada CTRL düyməsi sıxılı vəziyyətdə Q hərfi vurulmalıdır. Bu zaman aktiv olan bütün pəncərələr bağlanacaqdır. Eyni zamanda proqramın özündə bağlanacaq. Biz fotoşopla işi tamamilə bitirməyə hazırlaşırıqsa, o zaman bu üsul çox rahatdır.

Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

Üsul 5. Bütün pəncərələri bağlamaq üçün File (Файл) menyusuna daxil olmaq lazımdır. Açılan menyudan Закрыть все (Close all) sətri seçilməlidir. Bunu klaviatura ilə yerinə yetirmək istədikdə ALT+CTRL+W düymələri yanaşı sıxılmalıdır.

Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları

Beləliklə biz Adobe Photoshop-da pəncərələrin bağlanması üsulları mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

AktivBoard elektron lövhələri ilə işin təşkili

AktivBoard elektron lövhələri ilə işin təşkili

Bu gün cəmiyyətin müxtəlif sahələrində interaktiv texnologiyalardan istifadə edilir. Multimedia proyektorlar, interaktiv lövhələr və panellər, …