Ana səhifə / Ofis proqramları modulu / Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Paylaşmaq!

Word 2016 digər versiyalı proqramlar üçün yadda saxlanılma bugünkü, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Tətbiqi Proqramlar moduluna həsr olunmuş elektron dərsliyində salamlayıram.

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Nə üçün sənədin digər versiyalı Word proqramı üçün yadda saxlanılması vacibdir?

Əgər biz hələ də kompüterimizdə Microsoft Office proqramının 97-2002-2003-cü il versiyalarından istifadə ediriksə, onda yeni versiyalı Office proqramlarında yaradılmış faylı keçmiş versiyalı Office proqramlarında işlətmək (açmaq) mümkün olmayacaq.

Bu məsələnin həlli Office 2007 proqramından başlayaraq yeni versiyalı Office proqramlarında artıq fikirləşilib. Ona görə də bu problemin həlli üçün sənədi yadda saxlayarkən faylın tipinin Office-nin keçmiş versiyaları üçün yadda saxlanılmasını seçmək lazımdır.

Bu əməliyyatı icrası zamanı istifadəçidən nə tələb olunur?

Bunun üçün Fayl (Файл) menyusuna müraciət edirik. Sonra Сохранить как (yeni adla yadda saxlamaq) əmrini vururuq. Təbii ki, sənədimiz ilk dəfə yaddaşa verildiyi üçün məhz bu əmr seçilir. Sonra isə  yadda saxlanılacaq yer seçilir.

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Faylın tipini təyin edirik. Тип файла ( Faylın tipi ) sahəsində siçanın göstəricisini vururuq. Açılan siyahıdan Документ Word 97-2003 sətrini seçirik.

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Sonra isə Сохранить (Yadda saxla) düyməsini sıxırıq.

Beləliklə bizim sənədimiz Microsoft Office proqramının 97-2002-2003-cü il versiyaları üçün yadda saxlanıldı.

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Sənədin digər versiyalı Word proqramı üçün yadda saxlanılmasının başqa hansı üsulu vardır?

Bunun üçün Fayl (Файл) menyusuna müraciət edirik. Açılan menyudan Экспорт sətrini seçirik. Növbəti səhifədən Изменить тип файла düyməsini sıxırıq.

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Açılan Изменить тип файла  adlanan növbəti səhifədən faylın tipi təklif olunan siyahıdan seçilir və Сохранить как düyməsi sıxılır. Qalan prosedurlar yuxarıda sadaladığımız kimi aparılır.

Digər versiyalı proqramlar üçün yadda saxlanılma

Beləliklə biz Word 2016 digər versiyalı proqramlar üçün yadda saxlanılma mövzusu ilə tanış olduq. Sonda bir müəllif kimi qeyd etmək istəyirəm ki, elektron dərsliyim müstəqil öyrənmək istəyən yeni başlayan istifadəçilər, müəllimlər və istehsalat təlimi ustaları üçün nəzərdə tutulub. İnanıram ki, yeni öyrənən istifadəçilər üçün bu elektron dərsim də faydalı olacaq. Odur ki, xeyirxah iş görmək imkanını qaçırmayın. Mövzunu sosial şəbəkələrin birində paylaşın. Kanalıma abunə olun ki, bu elektron dərsdən digər dostlarınızda yararlana bilsinlər. Baxdığınız və kanalımı izlədiyiniz üçün sizlərə təşəkkür edirəm.

Müəllif:Şaiq Qədirov

© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır

Həmçinin baxın

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Word 2016 proqramının Вид-Режимы alətlər qrupu

Microsoft Word 2016 proqramı ekranda sənədə baxmaq üçün bir neçə üsul təklif edir. Hər bir baxış rejimi işin bu və ya digər aspektində fikri cəm etməyə imkan verir.