Sahibkarlıq ideyasını GZİT təhlili köməyi ilə dəyərləndirmək bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
GZİT təhlili köməyi ilə dəyərləndirmək
Sahibkarlıq ideyasını GZİT təhlili köməyi ilə necə dəyərləndirmək olar?
GZİT analizi apararkən siz şübhəsiz ki, müəssisənizi bazarın həmin sektorunda fəaliyyət göstərən digər müəssisələrlə müqayisə etmiş olursunuz. Göstərdiyiniz imkan və təhlükələr haqqında bir daha düşünmək vacibdir. Onlardan hansı birbaşa sizin rəqiblərinizlə əlaqəlidir?
Hansı bəndlər sizin müəssisəniz üçün daha alverişli şərtlərdir? Rəqiblərinizin nə ilə məşğul olduğunu anlamağa çalışarkən təhlükələrdən necə yaxa qurtara bilərsiniz? Biznesinizin qəbul edilməsinin sürətlənməsinə necə yardım edə bilərsiniz? Sizcə hansı sahədə başqaları ilə əməkdaşlıq edə bilərdiniz? Sizin əldə etmək istədiyiniz güclü tərəflər hansılardır və onlardan işinizdə necə yaralanmaq olar?
Bu sualları cavablandırmaq vacibdir.
Yekun nəticə əldə etmək üçün müəssisənizin digərləri ilə müqayisədə malik olduğu güclü tərəflərin siyahısını tərtib etməyə çalışmalısınız. Bu, rəqiblərinizdən bəzilərinin daha alverişli şəraitdə olduqları halda belə sizin müəyyən istiqamət üzrə ixtisaslaşmağınıza və diqqətinizi bir və ya bir neçə məhsul, yaxud xidmətə, müştəri qrupuna yönəltməyinizə yardım edə bilər (rəqibləriniz də digər məhsul və xidmətlərə yönələ bilərlər).
GZİT analizinizdə ifadə etdikləriniz üzərində yaxşıca düşünün və biznes ideyanızı necə dəyişdirməyi qərara alın. Yəni siz bir daha özünüzə bu sualı verin, siz hələ də biznes ideyanız ilə işi davam etdirmək istəyirsinizmi? Bu sualın cavabını aşağıda verilmiş mümkün olan cavablar sırasında tapa bilərsiniz.
Mümkün olan cavablar sırası:
- Bu ideya üzrə işləməyə davam edəcəyəm və biznes planın bütün mərhələlərini keçəcəyəm.
- Davam etmədən öncə biznes ideyamı təkmilləşdirmək istərdim.
- Bu ideyanı tamamilə bir kənara qoyub yenisini işləmə başlayıram.
- Özəl biznesimi yaratmaq haqqında ideyadan ümumiyyətlə əl çəkirəm .
Bununla da siz artıq ideyanızı dəyərləndirmiş və qərar vermiş olursunuz.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır