Uğurlu sahibkar olmaq üçün tələb olunan keyfiyyətlər bugünki, elektron dərsimizin əsas mövzusu olacaq. Odur ki, əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, youtube abunəçilərim və sosial şəbəkə istifadəçilərim sizləri Sahibkarlıq moduluna həsr olunmuş elektron dərslikdə salamlayıram. Bildirmək istəyirəm ki, bu nəşrin məzmunu müstəsna olaraq “Azərbaycanda Peşə Təhsili və Təliminin inkişafına Avropa İttifaqının dəstəyi” Texniki Yardım layihəsinin məsuliyyətidir və heç bir halda Avropa İttifaqının mövqeyini əks etdirmir. Qeyd etmək istəyirəm ki, bu saytda dərc olunacaq Sahibkarlıq modulu ilə bağlı mövzular Sahibkarlıq kitabının elektron versiyasında da mövcuddur. Həmin dərslikdən də istifadə edə bilərsiniz.
Məqalənin mündəricatı
Uğurlu sahibkar olmaq üçün tələb olunan keyfiyyətlər
Uğurlu sahibkarlıq üçün lazım olan neçə əsas qabiliyyət mövcuddur?
- müvafiq biliyə malik olmaq.
- vərdişlərdən istifadə etməyi bacarmaq.
- xarakterin xüsusiyyətlərinə malik olmaq.
—müvafiq biliyə malik olmaq. (Biliklər müəyyən zaman çərçivəsində istifadə oluna bilən toplanmış informasiyanın həcmi kimi müəyyən olunmuşdur.)
— vərdişlərdən istifadə etməyi bacarmaq. (Vərdişlər biliklərin tətbiq edilməsi bacarığı kimi müəyyən olunmuşdur; onlar yalnız praktiki fəaliyyət nəticəsində əldə oluna və inkişaf etdirilə bilər, məsələn, təyyarə sürmək, avtomobil idarə etmək və ya üzmək yolu ilə. Vərdişlər biznes anlamında ikili təbiətə malikdir — texniki və idarəetmə.)
— xarakterin xüsusiyyətlərinə malik olmaq. (Bilik və vərdişləri müqayisəli olaraq asan əldə etmək və ya inkişaf etdirmək olar. Buna əks olaraq xarakterin keyfiyyətləri inkişafı müəyyən zaman tələb edir; onlar heç də asan əldə olunmur və ya dəyişilmir.)
Uğurlu sahibkar olmaq üçün tələb olunan keyfiyyətlər hansılardır?
- Liderlik bacarığı
- Qətiyyətlilik.
- Yaradıcılıq.
- Cəsarət və riskə hazır olmaq.
- Öz işini sevmək və onun vurğunu olmaq.
- Ünsiyyətcil olmaq biznes idarə edən şəxs üçün zəruridir.
- Hadisələri qabaqcadan hiss etmək.
- Özünü idarə etmək qabiliyyəti.
- Məsuliyyət hissi.
- Şəxsi vaxtın idarə olunması
Vaxtın idarə olunması hansı hissələrdən ibarətdir?
Şəxsi vaxtın idarə olunması lazım olan keyfiyyətlərdən biridir. Vaxtın idarə olunması — daha az vaxt və güc sərf etməklə daha çox iş görmək üçün sistemdir. Bəzən elə gəlir ki, “vaxın idarə edilməsi” və ya “taym-menecment” anlayışları bizə aid deyil. Bu iri kompaniyalara və ya böyük rəhbər işçilərə aid olan işdir. Əslində isə biz hamımız vaxtı idarə edirik. Kimi yaxşı, kimi pis. Hamımız bilməliyik ki, zamanın düzgün idarə edilməsi 3 hissədən ibarətdir:
- Lazım olan işləri görmək;
- İşləri vaxtında və effektiv etmək;
- Lazımsız işlərdən imtina etmək və ya ötürmək.
İdeyanız hansı 4 suala cavab verməlidir?
- Müştərilərin ehtiyacları nədir? – Yəni quracağınız biznes müştərilərinizin hansı ehtiyaclarını ödəyəcək?
- Hansı məhsul və xidmət satılacaq?
- Kimə satacaqsınız? – Yəni son mərhələdə sizin məhsul və xidmətlərinizi alacaq insanlar, müştəriləriniz kimlərdir?
- Necə satacaqsınız?
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır