Salam əziz dostlar, dəyərli oxucularım və dinləyicilərim, həmçinin gadirov.com saytının daimi ziyarətçiləri, YouTube abunəçilərim və sosial şəbəkə istifadəçilərim. Xoş gördük sizləri. Hesablama maşınında ilk istifadə edilən elektromexaniki qurğu rele idi. Rele mürəkkəb qurğu deyil .Onun iki işçi vəziyyəti var; hər dəfə cərəyan keçdikdə onun bir vəziyyətdən başqa vəziyyətə keçirir. Hesablama maşınında idarəetmə funksiyaları üçün bele qurğu kifayət idi. Məsələn bir vəziyyətdə ədədin yaddaşından idarəetmə qurğusuna verildiyini başqa vəziyyət isə əməliyyatın qurtardığını göstərə bilər. Bəs releni ədədlərlə işləməyə necə məcbur etmək olar ki o onluq hesablama çarxını əvəz etsin? Axı 0-dan 9-a qədər ədədlər üçün on müxtəlif vəziyyət lazımdır. Relenin isə ancaq iki vəziyyəti olur. Bəlkə hesablama maşınında hesab əsasını 10 yox hər hansı başqa ədəd qəbul edək? Doğurdan da hələ Paskal hesab etmişdi ki istənilən müsbət ədəd hesablama sisteminin əsası ola bilər. Leybinsin isə hesab əməllərini ikilik say sistemində 0 və 1 rəqəmlərindən istifadə edərək vermişdi.
Rele maşınları haqqında məlumat
Qeyd edək ki, iki işçi vəziyyət ola bilər bu isə “hə” və “yox” deməkdir. İmpilus varsa –hə (1) yoxsa- yox (0). Belə isə onda eyni tipli relelərdən istifadə edərək ikilik ədədlərlə hər cür əməliyyatı yerinə yetirə bilən sxemlər yığmaq olar. İlk xalis rele maşını 1941-ci ildə alman mühəndisi Konrad Zuze tərəfindən yaradılmışdı. Onun “Z-3” maşını 2600 elektromaqnit reledən ve 64 ikilik ədəd üçün yaddaşdan ibarət idi. 3 ildən sonra, 1944-cü ildə amerikan fiziki və riyaziyyatçısı Hovard Eyken “MARK-1” adı ilə tanınan univerisal hesablama maşını hazırladı. Maşın Harvard universitetinə verilmişdi və uzun illər müvəffəqiyyətlə istismar olunurdu. Onun 1300 relesi var idi. “Z-3”,” MARK”, MODEL” maşınlari o dövr uçün böyük nailiyyət idi. Bu maşınlar onrəqəmli ədədləri toplamağa , çıxmağa 0,3 saniyə, vurma əməlinə 1 saniyə , bölməyə isə iki-üç saniyə vaxt sərf edirdi. Lakin həyat daha tez hesablama sürəti tələb edirdi. Elə bir dövr gəlmişdi ki, elmin texnikanın və sənayenin inkişafı çox yüksək hesablama sürətı olmadan mümkün deyildi. Deməli, mütləq yeni prinsiplər tətbiq etmək lazım idi. Tələbat özü yeninin tətbiqini sürətləndirdi. Artıq 1945-ci ildə ABŞ-da ilk elektron univerisal hesablama maşını yaradıldı. Bu maşın “ENIAC” adlanırdı və onlarda elektromexaniki relelər elektron relelərlə-triggerlərlə əvəz olundu. Eletktron hesablama texnikasının sərəncamına eletron-şüa borusunu da verdi. Əgər işiqlanan maddə ilə örtülmüş ekrana fokuslanan şüa yönləndirilsə, onda elektronlar dəyən yerə işıqlı ləkə əmələ gələr. Elektron selini avtomatik sürətdə dəyişməklə qrafik təsvirlər və deməli,ədədləri də çəkmək olar. Beləlilklə, əmin oluruq ki, elektron lampaların hesablama maşınlarına tətbiqi son dərəcə uğurlu bir tapıntıdır. Elektron texnikası sadə hesablama maşınlarını ən kamil avtomatlara çevirmiş oldu. Onların sürəti dəfələrlə artdı və tətbiq sahəsi də genişləndi. Yeni hesablama maşınları indi elektron hesablama maşını (EHM) və ya kompüter (latın sözüdür, saymaq deməkdir) adlanmağa başlandı. Nəticə gözlənildiyindən də fərəqli oldu. Lakin ilk EHM-lərin bir sıra nöqsanları var idi ki, buda onların tətbiqini məhdudlaşdırırdı.
© İstifadə edilərkən gadirov.com-a istinad olunmalıdır